525.Az

"Lenin boş yerə deməmişdi ki..."


 

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini, akademik Rafael Hüseynovun "525"ə müsahibəsi

"Lenin boş yerə deməmişdi ki..."<b style="color:red"></b>

-Rafael müəllim, MM-in Mədəniyyət komitəsinin 2014- il payız sessiyası ilə bağlı ilk iclasında yenə "Yaradıcılıq təşkilatları (ittifaqları) yaradıcı şəxslər haqqında" qanun layihəsinin qəbulu məsələ gündəmə gəldi əksəriyyət bir daha həmin sənədin qəbulunun vacibliyini vurğuladı. Siz bu haqda deyərdiniz?

- Həmin iclasda mən çıxış edərək bu məsələ ilə bağlı mövqeyimi bildirdim bir daha belə hesab edirəm ki, adıçəkilən qanunun müzakirələrə çıxarılaraq qəbuluna ciddi ehtiyac var. Mən özü həmin qanun layihəsi gündəmə gətiriləndə yox, hər il büdcə layihələri müzakirə ediləndə deyirəm ki, mədəniyyət Azərbaycan üçün ölkə olaraq, xalq olaraq digər bütün sahələrdən tam fərqlidir. Mən həmişə bunu da deyirəm ki, məsələn, dünyanın qəbul olunmuş büdcə siyasətində əvvəldə sənaye, kənd təsərrüfatı, bilim filan-filan gəlir, ən axırda isə ümumi struktura görə mədəniyyət gəlir. Amma o da var ki, Azərbaycan mədəniyyəti yerinə görə bizdən ötrü kənd təsərrüfatından da, iqtisadiyyatın müxtəlif sahələrindən qabaqda dayanır. Mədəniyyət Azərbaycanı dünyada ən yüksək səviyyədə təbliğ edib, tanıda bilir. Ona görə mədəniyyətin ayrı-ayrı sahələri ilə bağlı ayrıca sahəvi qanunlar olmalıdır. Eyni zamanda o da məlumdur ki, yaradıcı təşkilatlar iki kateqoriyadır, iki cürdür. Biri dövlətin vaxtilə yaratdığı, dövlətin dəstək göstərdiyi ənənəsi olan yaradıcı təşkilatlardır, məsələn, Yazıçılar Birliyi, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı sair, biri sonradan, əsasən müstəqillik illərində, son dövrlərdə yaranan təşkilatlardır.
 
Hesab edirəm ki, bunlar bir-birindən fərqləndirilməlidir ənənəsi, tarixi olan yaradıcı təşkilatların hər birinə dövlət tərəfindən daim dəstək olmalıdır. Düzdür, onlar da mahiyyəti etibarı ilə qeyri-hökumət təşkilatlarıdır, sərbəstdirlər, müstəqildirlər, ancaq onlar digər qeyri-hökumət təşkilatlarından fərqli olaraq, tarixi, ənənəsi olan təşkilatlardır. Ona qalanda Milli Elmlər Akademiyası (MEA) da qeyri-hökumət təşkilatıdır. O da yaradıcı təşkilatdır mahiyyət etibarilə. İndi onu da buraxaq Allahın umuduna? Axı, biz bunları uzun illər öncə minbir əziyyətlə yaratmışıq, güc-bəla ilə qoruyub saxlamışıq! Hamısı tarixin bizə bağışladığı töhfələrdir. Sovet quruluşunun içərisində çox şeyləri itirmişik, ancaq eyni zamanda, bunları da qazanmışıq. İndi onları itirə bilmərik axı. Onlara qayğı mütləq səviyyədə olmalıdır bu baxımdan hesab edirəm ki, sözügedən qanunun qəbuluna ciddi ehtiyac var

- Həmin iclasda eyni zamanda, "Kinematoqrafiya haqqında" qanunun yeniləşdirilməsi məsələsi müzakirə olundu bu məsələ ciddi diskussiyalarla müşaiyət edildi...

- Şəxsən mən belə hesab edirəm ki, həmin qanunun tamamilə yeniləşdirilməsi, dövrün, zamanın reallıqlarına uyğunlaşdırılması lazımdır. Bunlara da ciddi ehtiyac duyulur. Özü düşünürəm ki, kinoya olan, bundan sonra ediləcək imtiyazların çoxusu da məhz bu Kinemotoqrafçılar İttifaqının vasitəsilə gerçəkləşməlidir. Çünki çoxlu özəl, müstəqil kino qurumları yaranıb, ayrı-ayrı studiyalar var, fəaliyyət göstərirlər. Təbii ki, onlara da mütləq qayğı göstərilməlidir bu məsələdə qonşu ölkələrin, məsələn, Gürcüstanın, həmçinin, Ukraynanın, Belorusun, digər respublikaların təcrübəsinə baxmaq lazımdır. Yeri gəlmişkən, kinomuz az qala dünya kinosu ilə yaşıddır, Azərbaycan kinosunun yaxşı ənənələri var.

Baxmayaraq ki, dünya festivallarında, nüfuzlu müsabiqələrdə təmsil olunan ayrı-ayrı filmlərimiz var, ayrı-ayrı istedadlı insanlarımız da var, ancaq deyə bilmirik bilmərik ki, bizim kinomuz bu saat yüksək bir səviyyədədir.
 
Belə demək mümkünsə, futbolumuz dünya arenasında, dünyanın böyük futbolu ilə müqayisədə hansı vəziyyətdədirsə, kino da o cür vəziyyətdədir. Bu, bir az acınacaqlıdır. Əslində bizim potensialımız, ənənəmiz var kinomuzu ayağa qaldırmaq üçün dövlət tərəfindən dəstəyin verilməsinin, bununla bağlı vacib məqamların bizə təqdim olunmuş məlum qanun layihəsində əks olunmasının tərəfdarıyam. Məsələn, bizim kinostudiyada "Azanfilm" orada Elçin adlı yüksək səviyyəli multiplikatorumuz var. Həm nadir bir sənətdir, həm Elçin gözəl yaradıcıdır. Sadəcə, imkan yaratmaq lazımdır ki, onun məktəbi olsun. Kasıb Ermənistan, kasıb ermənilər belə bir məktəb yaradıblar, ancaq biz bunu etməmişik. Bunu etmək lazımdır.

Yəni
, multiplikasiyanın, animasiya filmlərinin inkişafı üçün dövlətin xüsusi qayğısı olmalıdır, vəsaitlər ayrılmalıdır. Bu baxımdan düşünürəm ki, bizə təqdim olunan qanun layihəsində üzərində işlənməli şeylər çoxdur, həmin varianta əl gəzdirməyə ehtiyac var. Onu bir az da təkmilləşdirmək olar. Amma mənim əsas təməl ideyam ondan ibarətdir ki, kino bizim üçün həddindən artıq vacibdir hələ zamanında Lenin boş yerə deməmişdi ki, bütün incəsənətlərdən bizim üçün ən vacibi kinodur. O bilirdi deyirdi. İndi sağ olsaydı, deyərdi, televiziyadır, filandır. Ona görə kinoya qədər qayğı göstərmək lazımdırsa, onu dəstəkləyəcəyik şəxsən mən istənilən səviyyədə onu müdafiə edəcəyəm.

Kamil HƏMZƏOĞLU 

 





24.10.2014    çap et  çap et