525.Az

Parlamentdə uşaq hüquqları ilə bağlı resurs mərkəzi yaradıla bilər


 

Parlamentdə uşaq hüquqları ilə bağlı resurs mərkəzi yaradıla bilər<b style="color:red"></b>

Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF-in) Azərbaycandakı yeni təyin edilmiş nümayəndəsi Andro Şilakadze ilə görüşüb.

Görüş zamanı B.Muradova bildirib ki, Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri yüksələn xətlə inkişaf edir onların arasında UNİCEF-in öz yeri var: "Bu qurumla parlament səviyyəsində yüksək səviyyəli əməkdaşlıq mövcuddur. İndiyədək Milli Məclisdə UNİCEF-in dəstəyilə uşaq hüquqlarının qorunmasına həsr olunub, bir sıra qanunlar qəbul edilib, bir sıra qanunlara isə dəyişikliklər olunaraq daha da təkmilləşdirilib".

B.Muradova bundan sonra da UNİCEF- əməkdaşlığın uğurlu olacağına əminliyini ifadə edib. Görüşdə ölkənin birinci xanımı, MM-in deputatı Mehriban  Əliyevanın təşəbbüsü ilə Azərbaycanda uşaq hüquqlarının müdafiəsi sahəsində görülmüş işlərdən söhbət açılıb.

A.Şilakadze Azərbaycanın sürətli inkişafından danışıb UNİCEF-in bu inkişafa öz töhfəsini verməyə hazır olduğunu diqqətə çatdırıb.Azərbaycanda uşaq hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyi yüksək qiymətləndirən qonaq cari il noyabrın 20- Uşaq Hüquqları Konvensiyasının 25-ci ildönümü olacağını deyən  A. Şilakadze bu əlamətdar hadisənin dünyanın bir çox ölkələrində qeyd ediləcəyini bildirdi bununla bağlı MM-in xüsusi iclasının keçirilməsi təklifini irəli sürüb.

Söhbət zamanı MM- uşaq hüquqları ilə bağlı resurs mərkəzinin yaradılması qarşılıqlı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

K.HƏMZƏOĞLU

 





24.10.2014    çap et  çap et