525.Az

"Sarkisyan erməni xalqını ağır vəziyyətə salıb"


 

MUSA QASIMLI: "ERMƏNİSTAN İŞĞALDA SAXLADIĞI AZƏRBAYCAN TORPAQLARINI AZAD ETMƏSƏ, BU ÖLKƏNİN GƏLƏCƏYİ YAXŞI GÖRÜNMÜR"

"Sarkisyan erməni xalqını ağır vəziyyətə salıb"<b style="color:red"></b>

"Erməni xalqının acınacaqlı sosial-iqtisadi psixoloji şəraitdə yaşamasının günahkarı Serj Sarkisyan başda olmaqla, Ermənistan rəhbərliyidir". 

Belə bir açıqlama ilə millət vəkili Musa Qasımlı hazırda Ermənistanda hökm sürən anarxiya xaosu, vəziyyətin gərginləşdiyini şərh edərkən deyib. Onun sözlərinə görə, Ermənistanın bütün sahələrində yaranan böhranın daha da dərinləşməsinə səbəb yalnız Sarkisyan rejimidir: "Sarkisyan yürütdüyü anti-erməni siyasəti ilə xalqını ağır vəziyyətə salıb. Bu insan komandası hakimiyyətdən uzaqlaşdırılmayana qədər vəziyyətin bu yöndə davam edəcəyinə şübhəmiz yoxdur. Ermənistan öz qonşuları ilə ilk növbədə Azərbaycanla münasibətlərini düzgün qurmasa, işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsə, bu ölkənin yaxşı gələcəyi gözlənilmir".

Millət vəkili onu da qeyd edib ki, acınacaqlı ac-yalavac vəziyyətində çabalayan sadə erməni xalqı, məhz bu amilləri nəzərə alaraq, davamlı aksiyalar, mitinqlər keçirməyə başlayıblar: "Əbəs yerə deyil ki, müxalifət nümayəndələri bir araya gələrək bu gün Ermənistandakı böhranlı vəziyyəti analiz edərək, Sarkisyan rejiminə qarşı mitinq keçirirlər. Keçirilən mitinqlərin kütləviliyi sırf bunun göstəricisidir. Hesab edirəm ki, artıq əliqanlı Serjin sonu çox yaxındadır".

Millət vəkili Fərəc Quliyev isə deyib ki, Ermənistan bütün hallarda indiki status-kvonun saxlanmasına çalışır vəziyyətin düzəlməsini istəmir. Buna görə əlindən gələni edir ki, münaqişənin həlli günü-gündən uzansın.  Onun sözlərinə görə, ermənilər bəzi elementlərdən təzyiq vasitəsi kimi istifadə edirlər: "Vəziyyətin dəyişməsi qaçılmaz olanda belə hakimiyyətin dəyişməsi səviyyəsinə qədər gedirlər. İndi Ermənistanda baş verən nümayişlər, eləcə Azərbaycan Ermənistan prezidentlərinin oktyabrın 27- Fransada görüşməsi ərəfəsində əsir düşmüş Dilqəm Əsgərov Şahbaz Quliyevin məhkəməsinin keçiriləcəyi iddiasının ortaya atılması əbəs yerə deyil. Hesab edirəm ki, bu məsələdən özlərinə qarşı silah kimi istifadə etməyi bacarmalıyıq. Dinc sakinlərin vətənində tutulması, cəzalandırılması öldürülməsi ilə məşğul olan dövləti ittiham etməyi bacarmalıyıq. Nümunə olaraq da onların əməllərini bu məhkəmə əsasında ifşa edə bilərik".

F. Quliyev onu da qeyd edib ki, dünyanın heç bir yerində işğal olunmuş ərazilərdə yanmış torpaq siyasəti yürüdülmür: "Lakin Ermənistanda tamamilə fərqli mənzərə müşahidə olunur. Odur ki, ermənilərin istifadə etdiyi vəziyyəti onlara qarşı silah kimi yönəldə bilərik".

Millət vəkili həmçinin Fransada keçirilməsi planlaşdırılan prezidentlərin görüşündən söz açıb. Onun sözlərinə görə, Azərbaycan siyasətçilərinin böyük əksəriyyəti proqnozlaşdırırlar ki, görüşdən yeni bir şey gözləmək olar: "Hesab edirəm ki, bu görüşdə yeni heç bir nəticə ortaya çıxmayacaq. Hətta bundan sonra Ermənistanla münaqişənin həlli istiqamətində danışmağın mənası yoxdur. Buna görə bu istiqamətdə Azərbaycan fərqli yanaşma nümayiş etdirməlidir".

Xatırladaq ki, prezidentlərin görüşü oktyabrın 27- Parisdə planlaşdırılıb. Fransa tərəfi bu görüşün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə yeni impuls verəcəyinə ümid etdiyini bildirib. Bundan əvvəl dövlət başçıları avqust ayında Soçidə, sentyabrda isə Uelsdə NATO sammiti çərçivəsində görüşüblər.

PƏRVANƏ

 





24.10.2014    çap et  çap et