525.Az

Parlamentdə noyabrın 4-də 2015-ci ilin dövlət büdcəsi müzakirə edləcək


 

Parlamentdə noyabrın 4-də 2015-ci ilin dövlət büdcəsi müzakirə edləcək<b style="color:red"></b>

Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə zərfinin Milli Məclisdə müzakirəyə çıxarılma vaxtları məlum olub.

Parlamentdən APA-ya verilən məlumata görə, büdcə zərfi İqtisadi siyasət komitəsi başda olmaqla komitələrin birgə iclasına 4, 5 və 6 noyabrda, komitələrin müzakirəsindən keçəcəyi təqdirdə isə noyabrın 18, 19, 20 və 21-də plenar iclasda müzakirəyə çıxarılacaq.
 
Büdcə zərfinə “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanunları, Milli Məclisin və Hesablama Palatasının 2015-ci il üçün xərclər smetalarını, o cümlədən “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında” qanunu daxildir.

 





24.10.2014    çap et  çap et