525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b>

Sabah axşamdan Azərbaycan ərazisində hava şəraiti kəskin dəyişəcək, havanın temperaturu 10-12 dərəcə aşağı düşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, oktyabrın 25-i axşamdan, 26-da isə gün ərzində Bakı və Abşeron yarımadasında küləkli hava şəraiti müşahidə olunacaq.

Oktyabrın 25-i gecəyə doğru və 26-da yağış yağacağı gözlənilir. Oktyabrın 25-dən 26-na keçən gecə küləyin sürətinin artacağı ehtimal edilir. Havanın temperaturu oktyabrın 26-da və 27-də gündüz saatlarında 8-12 dərəcə isti olacaq.
 
Azərbaycanın bölgələrində isə oktyabrın 25-i günün ikinci yarısından şimal və qərb rayonlarından başlayaraq yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Aran rayonlarında havanın temperaturu 9-14 dərəcə, dağlıq ərazilərdə isə 1-6 dərəcə isti olacaq.
 
Bu gün ölkə ərazisində havanın temperaturunun 17-22 dərəcə isti olacağı gözlənilirsə, artıq oktyabrın 27-də temperatur 8-12 dərəcəyə düşəcək. Buna əsasən də havanın temperaturu bu günlərlə müqayisədə 10-12 dərəcə düşəcək.
 
Ölkə ərazisində qeyri-sabit hava şəraiti yaxın 3 gün ərzində - oktyabrın 25-i axşam, 26-sı və 27-də davam edəcək.

 





24.10.2014    çap et  çap et