525.Az

"Microsoft"un həmtəsisçisi "Ebola"ya qarşı mübarizəyə 100 milyon dollar ayırdı


 

"Microsoft"un həmtəsisçisi "Ebola"ya qarşı mübarizəyə 100 milyon dollar ayırdı<b style="color:red"></b> ABŞ-ın “Microsoft” korporasiyasının həmtəsisçilərindən biri milyarder Pol Allen Ebola virusu ilə mübarizəyə 100 milyon dollar ayırıb.
 
525.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən verdiyi məlumata görə, vəsaitlərdən Qərbi Afrikadan mütəxəssislərin təxliyəsi üçün istifadə olunacaq, eləcə də Massaçusets Texnoloji İnstitutunda mütəxəssislərin hazırlanmasına yönəldiləcək. Amerikalı milyarder dünya ictimaiyyətini təcili epidemiyanın yayılmasının qarşısının alınması üzrə səylərə qoşulmağa çağırıb. 
 
Var-dövlətinin dəyəri 17,1 milyard dollar qiymətləndirilən A.Allen 1975-ci ildə Bill Qeyts ilə birlikdə “Microsoft” korporasiyasını təsis ediblər.
 
Bundan əvvəl “Facebook” sosial şəbəkəsinin rəhbəri Mark Sukerberq və onun həyat yoldaşı Prinsilla Çan Ebola xəstəliyi ilə mübarizəyə 25 milyon dollar ayırıblar.
 
Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, Qərbi Afrika ölkələrində virus qurbanlarının sayı 4,8 mini ötüb, 10 min nəfər isə bu xəstəliyə yoluxub.
 
Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, Qərbi Afrika ölkələrində virus qurbanlarının sayı 4,8 mini ötüb, 10 min nəfər isə bu xəstəliyə yoluxub.
 





24.10.2014    çap et  çap et