525.Az

Erməni yalanlarını ifşa edən 17 kitab - Fotoreportaj


 

DÖRD DİLDƏ ÇAP OLUNAN KİTABLARIN MÜƏLLİFLƏRİ ƏCNƏBİLƏRDİR

Erməni yalanlarını ifşa edən 17 kitab - <b style="color:red">Fotoreportaj</b>

Dünən Beynəlxalq Mətbuat Mərkəzində əcnəbi müəlliflərin qondarma erməni soyqırımı haqqında  yazdıqları Azərbaycan Dövlət Nəşriyyatı ("Azərnəşr") tərəfindən nəşr edilmiş 17 kitabın təqdimat mərasimi keçirildi.

Azərbaycan Dövlət Nəşriyyatının direktoru Azər Mustafazadə bildirdi ki, "Azərnəşr" qondarma erməni soyqırımı yalanlarını ifşa edən 17 adda kitabı nəfis şəkildə hazırlayaraq çap edib: "Kitabların hər biri müxtəlif dillərdədir. Azərbaycanlı müəllifin əsərlərinin yer almadığı kitabların hər biri 500 tirajla çap olunub. Yalnız əcnəbi müəlliflərin tarixi araşdırmalarına müraciət olunub. İngilis, alman, fransız rus dillərində işıq üzü görən əsərlərin müəllifləri ingilis, alman, fransız, rus, gürcü erməni xalqlarının nümayəndələridir. Ermənilər özü özlərini ifşa edirlər".

Azərnəşrin direktor müavini Əlövsət Ağalarov Heydər Əliyev Fondunun dəstəyi ilə "Azərnəşr"in ərsəyə gətirdiyi erməni yalanını ifşa edən 17 kitabın 4 dildə - ingilis, alman, fransız rus dillərində çap olunduğunu bildirdi. O, qeyd etdi ki, bu dəyərli layihənin müəllifi Şəmşir Şəmşirlidir. Kitab haqqında məlumat verən Ə.Ağalarov Ermənistanın ilk baş naziri olan Ovanes Kaçaznuinin "Daşnaksütyun"u ifşa edən əsərlərinin sözügedən topluda yer aldığını dedi. Kaçaznuin ermənilərin 100 il boyunca beynəlxalq aləmdə qəbul etdirməyə çalışdığı qondarma soyqırım iddialarını tarixi sənədlərlə ifşa etdiyini vurğulayan Ə.Ağalarov həmçinin əlavə etdi ki, Dağlıq Qarabağ həqiqətlərini xarici dostlarımızdan heç kəs bu cür aydın izahlı təqdim etməyib: "Türk millətinin başına müsibətlər açaraq öz torpaq iddialarını reallaşdırmağa çalışan ermənilərin o zamankı aparıcı qüvvəsi olan "Daşnaksütyun" təşkilatına aid kitabda iki əsər yer alıb. Hər bir əsərdəki faktlar 1926- ilə qədər olan arxiv materiallarına əsaslanıb".

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev sözügedən kitabların tərcümə işi olmadığını, müəlliflərin ilk mənbədən yazdığı orijinal əsərlər olduğunu bildirdi. O, bu kitabların kifayət qədər dərin faktlara əsaslanan seriyalı əsərlər olduğunu xatırladaraq, təklif etdi ki, ümumi konsepsiya şəklində kitabları öz dilimizdə işləyib hazırlamaq olar: "Bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyev Bakıya səfər edən Türkiyənin dövlət başçısı Rəcəb Təyyib Ərdoğanla görüşü zamanı təklif etdi ki, soyqırım məsələlərini 2 qardaş dövlətin alim mütəxəssisləri bir yerdə işləyib ortaq nəticə əldə edə bilər. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasında soyqırım məsələləri üzrə komissiya yaradıldı. Yeni yaradılan komissiyanın tərkibində ölkənin nüfuzlu alimləri, ədəbiyyatçıları, tarixçiləri digər mütəxəssisləri yer aldılar. Əvvəllər ermənilərin törətdiyi soyqırım hadisələrinin, eləcə qondarma soyqırım iddialarının araşdırılıb üzə çıxarılması pərakəndə şəkildə həyata keçirilirdisə, son illərdə artıq bu mövzuda tədqiqatlar, təhlillər araşdırmalar sistemli şəkildə aparılaraq əsl həqiqətlər üzə çıxarılır. "Azərnəşr"in təqdim etdiyi kitablar silsiləsində sistemli yanaşmanın mövcud olduğunu görürük. Əsərlərə münasibət olduqca həssaslıq obyektivlik üzərində qurulub. Bu kitablar yalnız faktlara söykənən elmi-tarixi əsərlərdir. Burada heç bir dostluq münasibətlərindən irəli gələn fikirlər yoxdur".

Sözügedən kitablarda ermənilərin qondarma soyqırım yalanlarının dəqiqliklə ifşa olunduğunu deyən K.Abdullayev qeyd etdi ki, bunu müəlliflər faktların dili ilə deyir: "Əlbəttə ki, 1915-ci ildə nəsə baş verib. Həmin hadisənin günahkarları tapılmalıdır. Əsas sual odur ki, Osmanlı imperiyasının günahkarlara münasibəti necə olub? Təbii ki, törətdiyi əməllərə görə cəzalanan insanlar da olub. Bu baxımdan o dövrkü Osmanlı hökuməti ilə hazırkı Türkiyə hökumətinin məsələyə münasibəti dəqiq öyrənilməlidir. Çünki bu gün ermənilər dünyanın hər bir nöqtəsində onlara qarşı soyqırım hadisəsi törədildiyini bildirirlər. Biz əsas fəaliyyətimizi tutarlı faktlar, arxiv materialları üzərində quraraq dünya ictimaiyyəti qarşısında erməni saxtakarlığını, riyakarlığını yalanını ifşa etməliyik".

Kitabları elmi mənbə kimi yüksək qiymətləndirən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin sözlərinə görə, artıq 100 ildən çoxdur ki, ermənilər beynəlxalq aləmdə ardıcıl şəkildə erməni soyqırımı, böyük erməni dövləti iddialarını yaymaqla məşğuldurlar: "Dünya erməni yalanına bürünüb. Biz keçən əsrin 90- illərinə kimi  sovet quruluşunda yaşadığımız üçün bu məsələlər ətrafında ciddi tədqiqatlarla məşğul ola bilməmişik. Çünki imkanlarımız məhdud olub. Bunun üçün bizə şərait yaradılmadığı kimi mane olanlar da çox idi. Nəhayət, müstəqillik əldə etdikdən sonra biz tarixi həqiqətlərin üzə çıxarılması üçün vahid mərkəzdən idarə olunan sistemli qurmağa nail olmuşuq. Erməni yalanın ifşa olunması eyni zamanda düzgün tarixi proseslərin dünya ictimaiyyətinə çatdırılması üçün olduqca əhəmiyyətli mənbə rolunu oynayan bu kitabların ilk sərgisini məhz AMEA-da yaradılan soyqırım üzrə komissiyanın birinci iclasında təşkil etdik. Həmin sərgini keçirməkdə əsas məqsədimiz alimlərimizi bu mühim əsərlərlə yaxından tanış etmək idi. Bu kitablar, eyni zamanda ilk mənbələrə əsaslandığı üçün böyük əhəmiyyətə malikdir. Əsərlərdə tarixi məsələlərə tamamilə obyektiv münasibət bəslənib. Reallıq budur ki, Azərbaycan torpaqları bu gün işğal altındadır. Dünyada isə yazıq erməni yoxdur. Əksinə, məkrli, hiyləgər, saxtakar, yalançı erməni var. Bundan sonrakı təbliğatımızda da biz bu əsərlərdən geniş istifadə etməliyik. Bu kitablar bütün elmi institutlara, mərkəzlərə çatdırılmalıdır".

Mədəniyyət turizm nazirinin birinci müavini Vaqif Əliyev bu yaxınlarda dünyanın ən böyük sərgi mərkəzlərindən olan Frankfurtda kitab yarmarkasında iştirak etdiklərini digər xarici ölkələr kimi Azərbaycanın da kitab stendi ilə təmsil olunduğunu bildirdi. O, qeyd etdi ki, tarixi mənbə kimi belə bir əhəmiyyətə malik kitabların stendlərimizdə yer alması çox vacibdir: "Həmin sərgilərdə iştirak edən xaricilər oxuya biləcəkləri dildə kitablar axtarırlar. Bizdə bu sarıdan bəzi problemlər var idi. Ancaq bu sahədə son illər xeyli işlər görülüb. Xüsusilə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi danılmazdır. Eyni zamanda, dövlət başçısı İlham Əliyevin məqsədyönlü uzaqgörən siyasəti nəticəsində informasiya blokadasını yara bilmişik. Əvvəllər ermənilərin vətəndaşlarımıza qarşı törətdiyi soyqırım aktlarına, faciələrə görə xaricdən cüzi dəstək alırdıqsa, artıq faktlara, mənbələrə, arxiv materiallarına söykənən tarixi həqiqətlərimiz beynəlxalq aləmdə daha çox dəstək almaqdadır. Bu istiqamətdə apardığımız təbliğat nəticəsində erməni lobbisinə güclü zərbələr dəyib".

Maddi-mənəvi abidələrimiz son illərdə UNESCO-nin mədəni irs siyahısına daxil edildiyini deyən V.Əliyev çətinlik bahasına əldə ediyimiz uğurların qarşısında erməni saxtakarlığının dayandığını bildirdi.

Türkiyənin Azərbaycandakı səfirinin müavini Öncü Keçeli bildirdi ki, 1915-ci il hadisələri ermənilərin incə şəkildə işlədiyi strategiyanın nəticəsidir. O, dedi ki, ermənilər ermənipərəst qüvvələr beynəlxalq aləmi öz yalanları ilə aldatmağa nail olublar: "Ermənilər 1915-ci il hadisələri haqqında nağıllar uyduraraq dünya xalqlarının gözündə məhsum ifadə yaratmağa çalışıblar. Unutmaq olmaz ki, özlərini məhsum hesab edən ermənilər yaxın keçmişdə Qarabağ faciəsini törədən insanlardır. Bu kitablar 4 dildə yazıldığı üçün beynəlxalq aləmdə əsl həqiqətlərin üzə çıxarılması üçün böyük imkanlar yaradır".

Millət vəkili Elmira Axundova son illər ərzində tarixi həqiqətlərin üzə çıxarılması istiqamətində xeyli işlər gördüklərini bildirsə , ermənilərin daha geniş şəkildə fəaliyyət apardıqlarını etiraf etdi. O xatırlatdı ki, müəyyən vaxtlarda Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, eləcə başqa təşkilat dövlətlər əleyhimizə bəyanatlar səsləndiriblər: "Bu baxımdan, o nəticəyə gəlirəm ki, biz yaxşı işləsək , erməni diasporu daha sistemli fəaliyyət göstərərək saxtakar niyyətlərini həyata keçirirlər. Biz bu mübarizədən çəkinməməliyik. Mübarizənin drammatik hal aldığı bu dövrdə daha sistemli fəaliyyət apararaq haqlı olduğumuzu hamıya çatdırmalıyıq".

Millət vəkili Sahibə Qafarova isə dedi ki, bu kitabların çap olunması çox müdrik addımdır: "Kitabdakı əsərlərin dili sənədlərin dilidir. Çox müsbət haldır ki, kitablar müxtəlif aparıcı dillərdə işıq üzü görüb. Bu o deməkdir ki, kitabların oxucu kütləsi - auditoriyası daha geniş olacaq". Sahibə Qafarova onu da qeyd etdi ki, dünyanın bir sıra dövlətlərində erməni diasporunun təsiri ilə geniş təbliğat işləri aparılsa da, Azərbaycan xarici əlaqələrini daha səliqəli şəkildə qurur. Onun sözlərinə görə, xarici ölkələrdəki nümayəndələrimiz tarixi həqiqətlərin dünyada təbliği üçün səylə çalışırlar.

Tədbirdə "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad Məcid, yazıçı Seyran Səxavət, tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhramov, şair Vaqif Bəhmənli digər şəxslər iştirak edirdilər.

Qeyd edək ki, tarixi həqiqətləri sübut edərək, erməni yalanını ifşa edən 17 kitabın elektron variantı da işlənib hazırlanacaq.

Ceyhun ABASOV

 





23.10.2014    çap et  çap et