525.Az

Əcnəbi Tələbələrin I Azərbaycan dili Olimpiadası keçiriləcək


 

Əcnəbi Tələbələrin I Azərbaycan dili Olimpiadası keçiriləcək<b style="color:red"></b>

Baki Beynəlxalq Tələbələr Klubu Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 5-ci qrant müsabiqəsində “Əcnəci tələbələrin I azərbaycan dili olimpiadası” layihəsi ilə qalib gəlib.
 
525.az-ın verdiyi məlumata görə, layihənin əsas mərhələsi oktyabr ayının 24-də saat 15:00-da “Bakı Caz Mərkəzində” keçiriləcək.Bu mərhələdə Azərbaycanın 8 ali təhsil müəssəsindən (ADNA, ADİU, ADU, ATU, AZTU, AZMİU, BSU, Xəzər) 100-dən çox əcnəbi tələbə finala keçmək uğrunda yarışacaqlar. Olimpiadanın münsiflər heyyətində millət vəkili Aydın Mirzəzadə, tanınmış produser Murad Dadaşov, əməkdar artist Tünzalə Ağayeva və xəbər aparıcısı Samira Mustafayeva təmsil olunacaq. İştirakçılar münsiflərin önündə şeir söyləmə, mahni oxumaq və natiqlik bacarığı ilə öz azərbaycan dili bacarıqlarını göstərəcəklər.

Olimpiadanın məqsədi əcnəbi tələbələr arasında azərbaycan dilinin təbliği, dilimizə olan sevgilərinin artırılması, istedadlı gənclərin üzə çıxarılmasıdır.

Qeyd edək ki, layihənin bağlanış və seçilən iştirakçıların mükafatlandırma mərasimi isə rəsmilərin iştirakı ilə yaxın günlərdə keçiriləcək

 





23.10.2014    çap et  çap et