525.Az

Jurnalistlər cəbhə bölgəsindəki hərbi hissədə olublar


 

Jurnalistlər cəbhə bölgəsindəki hərbi hissədə olublar<b style="color:red"></b> Təhsil və Müdafiə nazirliklərinin dəstəyi ilə Tovuz və Qazax rayonlarına səfər edən KİV nümayəndələri qərb bölgəsində yerləşən hərbi hissədə olublar.
 
APA-nın bölgədə olan əməkdaşının verdiyi məlumata görə, jurnalistlər burada hərbçilərin xidməti döyüş və sosial şəraiti ilə tanış olublar. Jurnalistlərə və sərhədyanı kəndlərin orta məktəblərinin şagirdlərinə hərbi hissələrin döyüş texnikaları və silahları nümayiş olunub. Səfər çərçivəsində onları maraqlandıran suallar cavablandırılıb.
 
Qeyd edək ki, Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə 30-dan çox KİV nümayəndəsinin Tovuz və Qazax rayonlarına səfərini təşkil edib. İki günlük səfər çərçivəsində jurnalistlər Tovuz rayonunun Hacallı, Qazax rayonunun Aslanbəyli və Çaylı kənd tam orta məktəbləri ilə tanış olacaq, bölgədəki hərbi hissələrin birində əsgər və zabitlərlə görüşəcəklər. Səfərin təşkilində məqsəd ölkədə informasiya təhlükəsizliyinin qorunması və ictimaiyyətin düzgün məlumatlandırılması işində kütləvi informasiya vasitələrinə şərait yaratmaqdan ibarətdir.
 





23.10.2014    çap et  çap et