525.Az

Erməni boksçu azərbaycanlı rəqibi ilə döyüşə çıxmaqdan imtina edib


 

Erməni boksçu azərbaycanlı rəqibi ilə döyüşə çıxmaqdan imtina edib<b style="color:red"></b>

Xorvatiyanın paytaxtı Zaqrebdə gənc boksçular arasında keçirilən Avropa birinciliyində yarımfinalçılar məlum olub.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin 2 üzvü - Məsud Yusizadə (52 kq) və Məhəmmədəli Tahirov (+91 kq) 1/4 finalda qələbə qazanmaqla, ən azı yarışın bürünc medallarını özlərinə təmin ediblər.
 
Yusifzadə Gürcüstanı təmsil edən erməni əsilli Qaqik Pozoyan üzərində inamlı qələbə qazanıb – 3:0. Boksçumuz yarımfinalda bolqarıstanlı Daniel Asenovla üz-üzə gələcək.
 
Məhəmmədəli Tahirov isə 1/4 finalda Ermənistan boksçusu Qnel Muradyanla qarşılaşmalı idi. Ancaq işğalçı ölkə idmançısı rinqə çıxmaqdan imtina etdiyindən, həmyerlimiz yarımfinala yüksəlib.
 
Milli komandamızın üzvü yarımfinalda almaniyalı Peter Kadiru ilə üz-üzə gələcək.

 





23.10.2014    çap et  çap et