525.Az

Azər Süleymanov “Nodulyar dermatit” xəstəliyi ilə bağlı İmişliyə ezam olunub


 

Azər Süleymanov “Nodulyar dermatit” xəstəliyi ilə bağlı İmişliyə ezam olunub<b style="color:red"></b> İmişli rayonunun bir neçə kəndində iribuynuzlu heyvanlar arasında “Nodulyar dermatit” virus xəstəliyinin kliniki əlamətləri müşahidə edilib.
 
Bu barədə APA-ya Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən məlumat verilib.
 
Bununla əlaqədar Xidmətin rəis müavini Azər Süleymanov İmişli rayonuna ezam olunub. Oktyabrın 23-də Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis müavininin rəhbərliyi altında xidmət əməkdaşları xəstəlik qeydə alınan kəndlərdə dezinfeksiya, dezinseksiya işləri aparmaqla, heyvanlarda simptomatik müalicə tədbirlərini həyata keçiriblər.
 
Xidmətinin rəis müavini İmişli rayonunun kəndlərindəki xəstəlik qeydə alınan bütün təsərrüfatlarda olub. Fermerlərə və ayrı-ayrı təsərrüfat sahiblərinə xəstəlik barədə ətraflı məlumat verərək, xəstəliyin müalicəsi istiqamətində aparılan tədbirlərdən danışıb. Eləcə də vurğulayıb ki, artıq xəstəliyin dinamikasında enmələr müşahidə edilir.
 





23.10.2014    çap et  çap et