525.Az

“Aydın yol” sabahdan köşklərdə


 

“Aydın yol” sabahdan köşklərdə<b style="color:red"></b>

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin həftəlik qəzeti olan “Aydın yol”un ilk sayı oktyabrın 24-də işıq üzü görəcək.

Qurumun mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, tərcümə, təhsil, ədəbiyyat və mədəniyyət istiqamətli qəzet hər cümə günü 24 səhifədə, rəngli çap olunacaq.

Qəzetin baş redaktoru Fəxri Uğurlu, baş redaktor müavini Qurban Yaquboğlu, məsul katibi Mövlud Mövlud, redaktorları Nəriman Əbdülrəhmanlı, Zöhrab Əmirxanlı və Tahir Kazımlıdır.

 





23.10.2014    çap et  çap et