525.Az

Millimiz FİFA reytinqində 31 pillə gerilədi


 

Millimiz FİFA reytinqində 31 pillə gerilədi<b style="color:red"></b>

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan millisi 31 pillə geriləyib.

"Avro-2016"nın seçmə mərhələsində İtaliyaya 1:2, Xorvatiyaya isə 0:6 hesabı ilə uduzan komandamız 126-cı pillədə qərarlaşıb.

"Avro-2016"dakı rəqiblərimizə gəlincə ən yaxşı göstərici yenə də İtaliya millisinə məxsusdur. "Skuadro Adzuro" iki pillə irəliləyərək 11-ci yerə yüksəlib.

Digər rəqiblərimizdən Xorvatiya isə 5 pillə irəliləyərək 14-cü olub. Norveç (+8) 68-ci, Bolqarıstan (-13) 59-cu və Malta isə (-1) 156-cı pillədə qərarlaşıb.

Siyahıya "DÇ-2014"ün qalibi Almaniya millisi başçılıq edir. Mundialın gümüş mükafatçısı Argentina yığması ikinci, Kolumbiya isə üçüncü olub.

 





23.10.2014    çap et  çap et