525.Az

Azərbaycan tarixinin şeirlərlə cızılmış xəritəsi


 

Azərbaycan tarixinin şeirlərlə cızılmış xəritəsi<b style="color:red"></b>

İdrak Rəhimoğlunun nəfis şəkildə nəşr etdirdiyi "Azərbaycan yurdum mənim" adlı şeirlər toplusunu vərəqləyərkən diqqətimizi çəkən bu misralar kitab haqqında söz açmaq üçün xeyli material verir. Bu, müəllifin Azərbaycan oxucusuna növbəti töhfəsidir. Doğrudan da, kitabı oxuduqca o, Azərbaycan dərdlərinin, Azərbaycan tarixinin bədii xəritəsini xatırladır.

Müəllifin "Azərbaycan yurdum mənim" adıyla oxuculara təqdim etdiyi bu topluda ədəbiyyatımızın 32 görkəmli şairinin Azərbaycan haqqında -  onun taleyüklü məsələlərini özündə əks etdirən, türk millətinin bir parçası kimi şanlı keşməkeşli tarixinə nəzər salan ən populyar şeirləri yer alıb. Xüsusilə tərtibçinin burada önəm verdiyi əsas məsələ ədəbiyyatımızda Cənubi Azərbaycanla bağlı yazılımış şeirləri bir araya gətirməkdir.

Xəlil Rza Ulutürklə başlayan kitab Abbas Səhhət, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Məhəmmədhüseyn Şəhriyar, Səməd Vurğun, Süleyman Rüstəm, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Əli Kərim, Əlağa Kürçaylı, Söhrab Tahir, Mədinə Gülgün başqa tanınmış şairlərin şeirləri ilə davam edir. Təbii ki, kitabı vərəqlədikcə görürük ki, bu şeirlərin bəzilərini, bəlkə əksəriyyətini bilirik, ya da haradasa eşitmişik. Amma İdrak müəllimin belə ardıcıllıqla, sistematik şəkildə təqdim etdiyi bu şeirlərə indiki halda bir daha nəzər yetirəndə tamam fərqli düşüncə, yeni fikirlər ortaya çıxır.

Belə ki, Cənubi Azərbaycan mövzusunda yazılmış şeirlər çoxdur. Hətta elə şairlərimiz var ki, bu mövzu onların yaradıcılığının əsas xəttini təşkil edir. Tərtibçinin diqqət vediyi məqam da budur; o, bu mövzunun əsl müəlliflərini tapmış onların həqiqətləri tarixə köçürən şeirlərini seçmişdir. Cənubi Azərbaycan məsələsi tək ayrılıq, həsrət, nisgil deyil, bu həm bütövlükdə türk millətinin tarixi siması siyasi müstəvidəki taleyi məsələsidir. Bu mənada, kitabdakı şeirlər bütövlükdə Azərbaycan tarixinin bədii sözlə çəkilmiş, obrazlı düşüncələrlə ərsəyə gətirilmiş xəritəsidir. Necə ki, Şahmar Əkbərzadə yazır:

Sui-qəsd ediblər şan-şərəfinə,

Edam olunubdur beş hərfin .

"" keçib Arazın o tərəfinə,

"Tən" qalıb Arazın bu tərəfində (s. 37)

Kitabın X.R.Ulutürkün "Davam edir 37..." şeirilə başlaması heç təsadüfi deyil. Bu da tərtibçinin kitab üçün mükəmməl ideyasıdır; Azərbaycanın elə bir tarixi, onun elə zəngin torpağı var ki, bu dünya durduqca onun düşmənləri var olacaqdır. Kitab boyu verilmiş sonrakı şeirlər məhz bu ideyanın davamı sayıla bilər.

Topludakı şeirlər iki istiqamətdə diqqəti cəlb edir: birincisi, sırf cənub mövzusu ilə bağlı yazılmış şeirlər; ikincisi, türk millətinin tarixi keçmişini, milli xarakterimizin simasını əks etdirən şeirlər. Məsələn, burada Məmməd Arazın ("Araz üstə çinar gördüm", "Sərhəd çəpərləri", "Məndən ötdü, Qardaşıma dəydi"...), Süleyman Rüstəmin ("Təbrizim", "Təbrizlilər", "Təbrizli analar", "Bəli, Cənubluyam"...) cənub mövzusunda yazdığı şeirlərə daha çox yer verilibsə, X.R.Ulutürk, B.Vahabzadə, A.İldırımdan təqdim edilmiş nümunələrdə Azərbaycanın türk millətinin bir parçası kimi tarixi keçmişindən bu günündən bəhs edən şeirlər yer almışdır.

Tərtib olunmuş topluda həmçinin müəllifin - İdrak Rəhimoğlunun yazdığı "Üç bayraq meydanı gözləyir bizi", "Bəzz qalası", "Təbrizim", "Orda bir yol var" kimi şeirlərinə rast gəlirik. Həmin şeirlərdə Vətən yurd sevgisinə, Azərbaycanın birliyinə, Qarabağ həsrətinə, itirilmiş torpaqlarımızın azad edilməsinə lirik boyalarla bir çağırış öz əksini tapır. Müəllifin "Ön söz" qeyd etdiyi kimi, topluda bir araya gələn şairlərimizin şeirləri oxucuda vətənpərvərlik, vətənə sevgi ruhu aşılamaqla yanaşı, gəncliyimizin maariflənməsində faydalı mənbə sayıla bilər.

Kitabda həmçinin Azərbaycan ərazisində mövcud olmuş Azərbaycan-türk dövlətləri, zaman-zaman Avropanın Asiyanın bütün tarixini yazmış Türk imperiyaları haqqında qısa məlumatlar verilib. Eyni zamanda maarifləndirmək məqsədilə türk dünyasının tarixi ilə bərabər verilən xəritələr vasitəsilə qədim dövrlərdən bu günə qədər Azərbaycan dünyasının coğrafiyası haqqında da geniş məlumat almaq mümkündür.

Topluda qədim türk dövlətlərinin baniləri, böyük türk sərkərdələri haqqında qısa da olsa məlumat verilib. Kitabın sonundakı iki məqalə olduqca maraqlıdır: "Ermənilər Ermənistan haqqında qısa xülasə", "Gürcüstan ərazisindəki azərbaycanlıların qısa tarixini bilmək maraqlı olardı" adlı yazılar da oxuculara maraqlı tarixi faktları çatdırmaqda dəyərli mənbə rolunu oynayır.

Müəllifin qeyd etdiyi kimi, bu kitabın işıq üzü görməsində əsas məqsəd türk övladını, ümumən, türk xalqlarını birliyə çağırmaqdır. Xalq şairi S.Rüstəmxanlı demişkən:

Özüm tarix meydanında enə-enə,

Özgələri ucaltmağa haqqım yoxdur! (s.80).

İnanırıq ki, İdrak Rəhimoğlunun əvəzolunmaz əməyi ilə ərsəyə gəlmiş "Azərbaycan yurdum mənim" kitabı oxucuların ürəyincə olmaqla yanaşı, ədəbiyyatımıza da öz dəyərli töhfəsini verəcək.   

Məhəmməd MƏMMƏDOV
Bakı Dövlət Universitetinin dosenti   

 





23.10.2014    çap et  çap et