525.Az

Tanınmış ziyalılarla Abşeron rayonunda görüş olub


 

Tanınmış ziyalılarla Abşeron rayonunda görüş olub<b style="color:red"></b>

Abşeron rayonunun Sənətkarlıq Paytaxtı elan edilməsi ilə əlaqədar, 2014- il tədbirlər planına uyğun olaraq, rayondakı Heydər Əliyev Mərkəzində tanınmış rəssam şairlərlə görüş keçirilib.

Qonaqlar ilk öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar. Daha sonra qonaqlar Mərkəzdə Ulu Öndərin həyat fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolara baxıblar .

Məlumat verilib ki, mərkəzlə bağlı mühüm amillərdən biri burada interaktiv məlumat tablolarına geniş yer verilməsidir. Mərkəzdə Ümummilli Liderin xatirəsinin əbədiləşdirildiyi muzey yaradılıb. Ekspozisiya zallarının hamısı zəruri avadanlıqla təchiz olunub. Mərkəzin funksionallığını artırmaq məqsədilə burada gənclər üçün müzakirə diskussiya zalları qurulub, elektron kitabxana yaradılıb. Sərgi zalından əlavə, mərkəzdə linqafon, internet rəssamlıq otaqları, fotostudiya rəqs zalı da var. Bütün bunlar gənclərin müxtəlif sənətlərin sirlərinə yiyələnməsinə, onların asudə vaxtının səmərəli təşkil edilməsinə geniş imkanlar açır.

Mərkəzin 3- mərtəbəsində Abşerondan olan rəssam Elçin Muradovun 50- yaxın əl işindən ibarət sərgisi daha çox diqqəti cəlb edir. Onun çəkdiyi əsərlərdə rənglər parlaq aydınlığı ilə daha çox seçilir. Bu, özlüyündə rəssamın öz sənətinə ürəkdən bağlılığından xəbər verir.

Qonaqlara məlumat verilib ki, son illərdə respublikamızda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində yeni ailə quran gənclərin nikah mərasimlərinin təşkili kimi xoşməramlı tədbirlərə başlanıb. Qeyd edilib ki, bu mərkəzdə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı bununla bağlı mərasimlərin təşkili nəzərdə tutulur. 280 yerlik böyük akt zalı istifadəyə verilib ki, burada da rayonla bağlı bir çox tədbirlərin keçirilməsi üçün böyük imkanlar var. Bir sözlə, Ulu Öndərin zəngin siyasi irsinin öyrənilməsi üçün burada hər cür şərait yaradılıb.

Mərkəzin akt zalında toplaşmış qonaqlara tədbir haqda məlumat verən Abşeron rayon mədəniyyət turizim şöbəsinin müdiri İlham Manafov son vaxtlar burada həyata keçirilən quruculuq abadlıq işlərinin geniş vüsət aldığını qeyd edərək bildirib ki, rayon icra hakimiyyəti tərəfindən digər sahələrdə olduğu kimi, bədii yaradıcılığa, şair yazıçılara, xüsusilə gənc yaradıcılara diqqət qayğı artırılıb. Bildirilib ki, rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun dəstəyi ilə bir neçə gənc yazarın kitablarının işıq üzü görməsi təqdirəlayiqdir. Daha sonra çıxış edən "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid qeyd edib ki, prezident İlham Əliyev son 10 ildə milli mədəni mənəvi irsə yüksək qayğı göstərib, imzaladığı fərman sərəncamlar xalqın mədəni mənəvi yüksəlişinə xidmət edib. Bu müddət ərzində prezident İlham Əliyev tərəfindən mədəniyyət turizm inkişafı ilə bağlı 5 Dövlət Proqramı, çox sayda fərman sərəncam imzalanıb. Mədəniyyət infrastrukturunun müasir standartlara uyğun yeni mədəniyyət ocaqlarının tikilib istifadəyə verilməsinə xüsusi diqqət yetirilib: "Mədəniyyət incəsənət xadimlərinə diqqət həmişəki kimi yüksək səviyyədə olmuş, onların mədəni fəaliyyəti zəhməti qiymətləndirilib, yüzlərlə sənətçi xalq şairi, xalq yazıçısı, xalq artisti, xalq rəssamı, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəsam, əməkdar mədəniyyət işçisi kimi fəxri adlar, həyatını milli mədəniyyət elmimizin inkişafına, istedadını ömrünü xalqına həsr edən görkəmli sənətçi elm adamlarına xüsusi təqaüd mükafatlar verilib".

Sonra çıxış edən fəlsəfə elmləri doktoru ,yazıçı-publisist, millət vəkili Elmira Axundova qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin elm sənət sahələrinə, o cümlədən çoxəsrlik ədəbiyyatımıza, mədəniyyət incəsənətimizə aid nəzəri-estetik görüşləri fundamental elmi-tədqiqat əsərləri üçün zəngin material verir: "Heydər Əliyev peşəkar teatrşünas idi, peşəkar kinoşünas idi, peşəkar rəssam idi, peşəkar musiqiçi idi, peşəkar dilçi-natiq idi, peşəkar yazıçı, tənqidçi idi. O, mədəniyyət incəsənətimizin ayrı-ayrı sahələrindən bəhs edərkən bütün bunlara dövlətçilik baxımından azərbaycançılıq fəlsəfi kontekstindən yanaşıb. Heydər Əliyevin Azərbaycan naminə gördüyü titanik fəaliyyəti barədə cild-cild kitablar yazılıb zaman keçdikcə bu kitabların sayı sanbalı  artacaq".

 





23.10.2014    çap et  çap et