525.Az

İvo Slaus: "Müasir dünya saysız-hesabsız təhlükələrlə üzləşib..."


 

İvo Slaus: "Müasir dünya saysız-hesabsız təhlükələrlə üzləşib..."<b style="color:red"></b>

İvo Slaus Dünya İncəsənət Elmlər Akademiyasının sabiq prezidenti, hazırda isə qurumun fəxri prezidentidir.  Yaşı səksənə çatsa da, bunun onun fəaliyyətinə heç bir təsiri yoxdur. Gənclik illərində elm sahəsində çoxlu işlər görüb, fizika üzrə professor elmi dərəcəsinə yüksəlib, Ruder Boskoviç İnstitutunda, Kaliforniya, Dyuk, Corctaun, Kyoto universitetlərində digər dünyaca tanınmış təhsil ocaqlarında dərs deyib. Diplomatik sahədə uğurları az olmayıb. Beynəlxalq Roma Klubunun üzvüdür. Əvvəllər bu qurumun Xorvatiya Assosiasiyasına rəhbərlik edib. 2000-2003- illərdə Xorvatiya parlamentinin deputatı da olub. O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüdür. Bu yaxınlarda Bakıda səfərdə olan İ.Slaus gördüyü işlər, Dünya İncəsənət Elmlər Akademiyasının fəaliyyəti barədə danışıb.

- Cənab Slaus, Dünya İncəsənət Elmlər Akademiyasının qlobal məsələlərə ümumi təsiri necədir? Ümumiyyətlə, bu qurum hazırda daha çox hansı istiqamətləri prioritet sayır?

- Dünya İncəsənət Elmlər Akademiyasının (DİEA) əsası 50 il bundan əvvəl tanınmış alimlər, tədqiqatçılar incəsənət xadimləri tərəfindən qoyulub. Təşkilatın baniləri sırasında Albert Eynşteyn, lord Bertran Rassel, Robert Openheymer Nobel mükafatı laureatları, tanınmış siyasətçilər yer alıb. Hazırda DİEA-nın 100-ə yaxın ölkədən 650 nəfər üzvü var. Təşkilatın fəaliyyəti daha çox qlobal insan rifahı, insan kapitalı qlobal insan təhlükəsizliyi məsələləri üzərində istiqamətlənib. Biz dərk edirik ki, hazırda dünyamız 100 il əvvəlkindən tamamilə fərqlənir, sosial, iqtisadi siyasi müstəvidə qlobal dəyişikliklərə ehtiyacı var.

Bizim işimizə ilk növbədə yeni iqtisadi düşüncənin, həmçinin dünya universitet konsorsiumunun inkişaf etdirilməsi, bütün dünyada ali təhsil məsələsinə yanaşma yolları çağırışları daxildir. Akademiyanın fəaliyyəti çoxşaxəlidir. Lakin mən ən əsası sülhün qorunmasını, dünyada kütləvi qırğın silahlarının ləğvini, bu sahədə tərksilah məsələsini vurğulamaq istərdim. Bu işə isə dünyada daha çox ölkədən mümkün qədər çox nüfuzlu şəxslərin, elitanın iştirakı vacibdir.

- Akademiya hansı ölkələrlə daha sıx əməkdaşlıq edir?

- Akademiyanın dünyanın bir çox ölkələrində tərəfdaşları var bir sıra ölkələrdə əməkdaşlıq etdiyimiz mərkəzlər mövcuddur. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi buna bir misaldır. Həmçinin Monteneqro Elm İncəsənət Akademiyası fəaliyyət göstərir, eləcə Buxarestdə mərkəzimiz var. Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etməkdə məqsədimiz Roma Klubu, Avropa Liderliyi Şəbəkəsi digər bu kimi təşkilatlarla səylərimizi birləşdirməkdir.

- Dünya İncəsənət Elmlər Akademiyasının fəxri prezidenti kimi fikrinizi bilmək maraqlı olardı. Hazırda dünyada incəsənətin rolunu necə dəyərləndirirsiniz?

- İncəsənət elm qədər bərabər səviyyədə vacibdir. Şübhə yoxdur ki, inkişafda olan insan eyni dərəcədə incəsənətdən asılı vəziyyətdədir. Hər ikisi yaradıcı insanın fəaliyyətinə daxil olsa da, onların arasında fərqlər mövcuddur. Elm daha çox ciddi fəaliyyətdir. Mən bunu öz tələbələrimə tez-tez deyirəm ki, digər fiziklər Eynşteynin fikirlərini inkar edə bilər. Ancaq incəsənətdən söhbət gedirsə, biz deyə bilmərik ki, müxtəlif əsrlərdə yaşamış Mikelancelo, Leonardo da Vinçi, Motsart ya Bethoven bir-birilərindən daha yaxşı olub. Bu baxımdan incəsənət çox fərqlidir.

- Sizcə, dünyanın gələcək inkişafı, dəyişməsi üçün vacib olan nədir: enerji, içməli su ya dini dözümlülük?

- Müasir dünya saysız-hesabsız təhlükələrlə üzləşib bu təhlükələrin böyük əksəriyyətini törədənlər elə insanlarin özləridir. Lakin digər tərəfdən, bəşəriyyət həm əhəmiyyətli tərəqqi əldə edir. Çarlz Dikkensin "İki şəhərin nağılı" romanının giriş cümləsi belədir: "Bu ən gözəl vaxtlardır, bu ən pis vaxtlardır". Yazıçı bu əsərində Fransa inqilabından bəhs edir.

Lakin bildirim ki, əgər indiki paradiqmatik dəyişikliklərlə müqayisə etsək, bütün inqilablar kimi, Fransa inqilabı da faydasızdır. İndiki sosial-iqtisadi-siyasi paradiqma təbii kapitalı dağıdır. Başqa tərəfdən, elmi tərəqqi insan kapitalını bununla paralel təhsili genişləndirməyə davam edir.

- Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüsünüz. Dahi şairimizin yaradıcılığı ilə tanışsınızmı? Akademiyanın onun yaradıcılığı ilə bağlı hər hansı tədbir keçirmək niyyəti varmı?

- Əlbəttə ki, Nizami Gəncəvinin əsərləri ilə tanışam yaradıcılığını yüksək dəyərləndirirəm.

Tədbirə gəlincə, Dünya İncəsənət Elmlər Akademiyasının noyabr ayında keçiriləcək ümumi yığıncağında bu barədə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla müzakirə aparmağı planlaşdırıram.

- Dünya İncəsənət Elmlər Akademiyasının üzvü olmaq üçün hansı meyarlar mövcuddur?

- Akademiyaya üzv seçilmək kriteriyaları demək olar ki, digər qurumlarla eynidir. Lakin iki xüsusiyyət DİEA- digərlərindən fərqləndirir. Akademiyaların çoxunda ən vacib meyar elm, tədqiqat, sənət sahəsində görkəmli nəticələrə nail olmaqdır. Akademiyaların üzvləri artıq universitet professoru olduqda yaşları 55-i keçdikdə tez-tez seçilirlər. Əgər onlardan kimsə artıq öz aktivliyini dayandırırsa, heç kim onlardan xahiş etmir ki, akademiyanı tərk etsinlər. Bizim akademiya isə öz üzvlərindən hər zaman aktivlik göstərməyi təkid edir qlobal məsələlərlə məşğul olur ki, bu da onun ikinci fərqidir. Beləliklə, DİEA-nın qlobal işləri məşğulluq təhlükəsizlikdir. Baxmayaraq ki, bunlar həm lokal regional aspektlərdən ibarətdir.

PƏRVANƏ

İvo Slaus: "Müasir dünya saysız-hesabsız təhlükələrlə üzləşib,

BU TƏHLÜKƏLƏRİN BÖYÜK ƏKSƏRİYYƏTİNİ TÖRƏDƏNLƏR ELƏ İNSANLARIN ÖZLƏRİDİR"

 

İvo Slaus Dünya İncəsənət Elmlər Akademiyasının sabiq prezidenti, hazırda isə qurumun fəxri prezidentidir.  Yaşı səksənə çatsa da, bunun onun fəaliyyətinə heç bir təsiri yoxdur. Gənclik illərində elm sahəsində çoxlu işlər görüb, fizika üzrə professor elmi dərəcəsinə yüksəlib, Ruder Boskoviç İnstitutunda, Kaliforniya, Dyuk, Corctaun, Kyoto universitetlərində digər dünyaca tanınmış təhsil ocaqlarında dərs deyib. Diplomatik sahədə uğurları az olmayıb. Beynəlxalq Roma Klubunun üzvüdür. Əvvəllər bu qurumun Xorvatiya Assosiasiyasına rəhbərlik edib. 2000-2003- illərdə Xorvatiya parlamentinin deputatı da olub. O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüdür. Bu yaxınlarda Bakıda səfərdə olan İ.Slaus gördüyü işlər, Dünya İncəsənət Elmlər Akademiyasının fəaliyyəti barədə danışıb.

- Cənab Slaus, Dünya İncəsənət və Elmlər Akademiyasının qlobal məsələlərə ümumi təsiri necədir? Ümumiyyətlə, bu qurum hazırda daha çox hansı istiqamətləri prioritet sayır?

- Dünya İncəsənət Elmlər Akademiyasının (DİEA) əsası 50 il bundan əvvəl tanınmış alimlər, tədqiqatçılar incəsənət xadimləri tərəfindən qoyulub. Təşkilatın baniləri sırasında Albert Eynşteyn, lord Bertran Rassel, Robert Openheymer Nobel mükafatı laureatları, tanınmış siyasətçilər yer alıb. Hazırda DİEA-nın 100-ə yaxın ölkədən 650 nəfər üzvü var. Təşkilatın fəaliyyəti daha çox qlobal insan rifahı, insan kapitalı qlobal insan təhlükəsizliyi məsələləri üzərində istiqamətlənib. Biz dərk edirik ki, hazırda dünyamız 100 il əvvəlkindən tamamilə fərqlənir, sosial, iqtisadi siyasi müstəvidə qlobal dəyişikliklərə ehtiyacı var.

Bizim işimizə ilk növbədə yeni iqtisadi düşüncənin, həmçinin dünya universitet konsorsiumunun inkişaf etdirilməsi, bütün dünyada ali təhsil məsələsinə yanaşma yolları çağırışları daxildir. Akademiyanın fəaliyyəti çoxşaxəlidir. Lakin mən ən əsası sülhün qorunmasını, dünyada kütləvi qırğın silahlarının ləğvini, bu sahədə tərksilah məsələsini vurğulamaq istərdim. Bu işə isə dünyada daha çox ölkədən mümkün qədər çox nüfuzlu şəxslərin, elitanın iştirakı vacibdir.

- Akademiya hansı ölkələrlə daha sıx əməkdaşlıq edir?

- Akademiyanın dünyanın bir çox ölkələrində tərəfdaşları var bir sıra ölkələrdə əməkdaşlıq etdiyimiz mərkəzlər mövcuddur. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi buna bir misaldır. Həmçinin Monteneqro Elm İncəsənət Akademiyası fəaliyyət göstərir, eləcə Buxarestdə mərkəzimiz var. Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etməkdə məqsədimiz Roma Klubu, Avropa Liderliyi Şəbəkəsi digər bu kimi təşkilatlarla səylərimizi birləşdirməkdir.

- Dünya İncəsənət və Elmlər Akademiyasının fəxri prezidenti kimi fikrinizi bilmək maraqlı olardı. Hazırda dünyada incəsənətin rolunu necə dəyərləndirirsiniz?

- İncəsənət elm qədər bərabər səviyyədə vacibdir. Şübhə yoxdur ki, inkişafda olan insan eyni dərəcədə incəsənətdən asılı vəziyyətdədir. Hər ikisi yaradıcı insanın fəaliyyətinə daxil olsa da, onların arasında fərqlər mövcuddur. Elm daha çox ciddi fəaliyyətdir. Mən bunu öz tələbələrimə tez-tez deyirəm ki, digər fiziklər Eynşteynin fikirlərini inkar edə bilər. Ancaq incəsənətdən söhbət gedirsə, biz deyə bilmərik ki, müxtəlif əsrlərdə yaşamış Mikelancelo, Leonardo da Vinçi, Motsart ya Bethoven bir-birilərindən daha yaxşı olub. Bu baxımdan incəsənət çox fərqlidir.

- Sizcə, dünyanın gələcək inkişafı, dəyişməsi üçün vacib olan nədir: enerji, içməli su və ya dini dözümlülük?

- Müasir dünya saysız-hesabsız təhlükələrlə üzləşib bu təhlükələrin böyük əksəriyyətini törədənlər elə insanlarin özləridir. Lakin digər tərəfdən, bəşəriyyət həm əhəmiyyətli tərəqqi əldə edir. Çarlz Dikkensin "İki şəhərin nağılı" romanının giriş cümləsi belədir: "Bu ən gözəl vaxtlardır, bu ən pis vaxtlardır". Yazıçı bu əsərində Fransa inqilabından bəhs edir.

Lakin bildirim ki, əgər indiki paradiqmatik dəyişikliklərlə müqayisə etsək, bütün inqilablar kimi, Fransa inqilabı da faydasızdır. İndiki sosial-iqtisadi-siyasi paradiqma təbii kapitalı dağıdır. Başqa tərəfdən, elmi tərəqqi insan kapitalını bununla paralel təhsili genişləndirməyə davam edir.

- Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüsünüz. Dahi şairimizin yaradıcılığı ilə tanışsınızmı? Akademiyanın onun yaradıcılığı ilə bağlı hər hansı tədbir keçirmək niyyəti varmı?

- Əlbəttə ki, Nizami Gəncəvinin əsərləri ilə tanışam yaradıcılığını yüksək dəyərləndirirəm.

Tədbirə gəlincə, Dünya İncəsənət Elmlər Akademiyasının noyabr ayında keçiriləcək ümumi yığıncağında bu barədə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla müzakirə aparmağı planlaşdırıram.

- Dünya İncəsənət və Elmlər Akademiyasının üzvü olmaq üçün hansı meyarlar mövcuddur?

- Akademiyaya üzv seçilmək kriteriyaları demək olar ki, digər qurumlarla eynidir. Lakin iki xüsusiyyət DİEA- digərlərindən fərqləndirir. Akademiyaların çoxunda ən vacib meyar elm, tədqiqat, sənət sahəsində görkəmli nəticələrə nail olmaqdır. Akademiyaların üzvləri artıq universitet professoru olduqda yaşları 55-i keçdikdə tez-tez seçilirlər. Əgər onlardan kimsə artıq öz aktivliyini dayandırırsa, heç kim onlardan xahiş etmir ki, akademiyanı tərk etsinlər. Bizim akademiya isə öz üzvlərindən hər zaman aktivlik göstərməyi təkid edir qlobal məsələlərlə məşğul olur ki, bu da onun ikinci fərqidir. Beləliklə, DİEA-nın qlobal işləri məşğulluq təhlükəsizlikdir. Baxmayaraq ki, bunlar həm lokal regional aspektlərdən ibarətdir.

PƏRVANƏ

 





23.10.2014    çap et  çap et