525.Az

Sosial-iqtisadi inkişafın yeni ünvanı: Ağcabədi


 

Sosial-iqtisadi inkişafın yeni ünvanı: Ağcabədi<b style="color:red"></b>

Zəngin maddi-mədəniyyət abidələrinə malik Ağcabədinin adı tarixi mənbələrdə ilk dəfə 1593- ildə çəkilib qədim tayfaların yaşayış məskəni olub. Bu rayon Qarabağın qədim türk tayfaları sayılan Qaradolaqlıların, Avşarların, Bayatların, Kəbirlilərin, 32-lərin məskunlaşdığı ərazi kimi tanınıb. Qədim tayfaların məskunlaşdığı ərazidə həmin tayfaların adı ilə bağlı olan kənd adları bu günə kimi yaşamaqdadır. İnzibati ərazi vahidi kimi 1930-cu ildə təşkil edilən Ağcabədi rayonu 1963- ildə ləğv olunub Ağdam rayonunun tabeliyinə verilsə , iki il sonra, daha dəqiq desək, 1965-ci ildə yenidən müstəqil rayon statusu alıb. Hazırda mərkəzi Ağcabədi şəhəri olan bu rayondakı 1 qəsəbə, 44 kənd yaşayış məntəqəsində ümumilikdə 130 minə yaxın əhali yaşayır.

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident İlham Əliyev  tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf ölkəmizin hər bir bölgəsində olduğu kimi, bu rayonda da özünü göstərir. Əhalisi əsasən əkinçilik maldarlıqla məşğul olan Ağcabədidə qeyri-neft sektoru inkişaf etdirilir, dövlətin sahibkarlara dəstəyi, İqtisadiyyat Sənaye Nazirliyinin (İSN) Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) güzəştli kreditləri, dövlət proqramlarının uğurlu icrasısayəsində yeni-yeni sənaye, istehsal müəssisələri yaradılır. Təkcə son illərdə Ağabəyli kəndində illik 90 min ton istehsal gücü olan süd emalı müəssisəsi, 5 min tonluq taxıl anbarı kompleksi, illik 30 min tona yaxın istehsal gücü olan südlük cins iribuynuzlu heyvandarlıq kompleksi, illik istehsal gücü 3,1 min ton olan keçi təsərrüfatı, Rəncbərlər kəndində 5 min tonluq logistika mərkəzi, Xocavənd kəndində illik 18 min ton istehsal gücü olan ət kəsimi fabriki,Dəlləkli Muğanlı kəndlərində həcmi 8,8 min tonluq taxıl istehsal müəssisələri, Ağcabədi şəhərində 7,3 min ton istehsal gücü olan çörək istehsalı müəssisəsi istifadəyə verilib. Belə istehsal müəssisələrinin yaradılması rayonun iqtisadi inkişafına müsbət təsir etməklə yanaşı, ümumilikdə 500 nəfərə yaxın yerli sakinin daimi yeri ilə təmin olunmasına da şərait yaradıb.

Misal üçün, ötən ilin sentyabrında dövlət başçısı İlham Əliyevin iştirakı ilə açılışı olan "Aqat-aqro" heyvandarlıq kompleksi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsinin bəhrəsidir. Ağcabədi rayonunun Ağabəyli kəndində yaradılan kompleks üç min başlıq iribuynuzlu heyvandarlıq iki min başlıq keçi təsərrüfatından ibarətdir. Ümumi dəyəri 21 milyon manat olan iribuynuzlu heyvandarlıq kompleksinin yaradılmasına SKMF tərəfindən 7,5 milyon manat, dəyəri 5 milyon manat olan keçi təsərrüfatının yaradılmasına isə 3,5 milyon manat güzəştli kredit verilib. İribuynuzlu heyvandarlıq kompleksi müasir ferma avadanlığı - avtomatik yönləndirmə yemləmə sistemləri, birdəfəyə 40 baş inəyin sağılmasına imkan verən karusel tipli avadanlıq, soyutma sistemləri sair ilə təchiz edilib. Kompleksə hər biri gündəlik 25 litrdən çox südvermə qabiliyyətinə malik 1500 baş "Holstein Friesian" cinsindən olan inəklər gətirilib, heyvanların sayı ilkin olaraq 2600 başa çatdırılıb. Bunun ardınca, ötən ilin payız aylarında əlavə 600 baş cins damazlıq heyvan gətirilib. Məqsəd bir neçə ildən sonra burada heyvanların baş sayının 10 minə çatdırılmasıdır. Kompleksdə illik 22,8 min ton süd istehsal olunur ki, bu da illik emal gücü 90 min ton olan "Atena" süd emalı zavodunun xammala tələbatının təmin edilməsinə imkan verir.

Kompleksdəki 8 ferma, sağım yem sexindən ibarət olan 2 min başlıq cins damazlıq keçi təsərrüfatına Hollandiyadan məhsuldarlığı südünün keyfiyyətinə görə ən yüksək göstəricilərə malik "SAANEN" cinsindən olan 1000 baş keçi alınıb gətirilib. Ardınca əlavə 2 min baş cins damazlıq keçi alınıb. Yerli iqlimə asanlıqla uyğunlaşan, diri çəkisi 50-55 kiloqram, südünün yağlılığı 3-3,5 faiz südvermə dövrü 300 gün olan bu keçilərdən gündəlik 3-4 litr süd sağılır. Tərkibinə görə ana südünə ən yaxın olan keçi südü kalsium, maqnezium, vitaminlər digər minerallarla zəngindir. Allergiya riski olmaması, qastrit, mədə-bağırsaq xəstəliklərinə qarşı müalicəvi effekti olması keçi südünün əsas üstünlüklərindən sayılır.

Bununla yanaşı, dövlət başçısının tapşırıqlarına uyğun olaraq Ağcabədi Beyləqan rayonlarında 4,8 min hektar qış otlaq sahələrində özəl pilot taxılçılıq təsərrüfatı yaradılıb. Təsərrüfatda dövlət investisiyaları hesabına su enerji təminatı yaratmaq məqsədilə 10,7 kilometr Yuxarı Mil kanalı, 10 kilometr yüksəkgərginlikli elektrik xətləri çəkilib, ərazi boşaldılaraq sahibkara 49 il müddətinə müsabiqə yolu ilə icarəyə verilib. Həyata keçirilən bu layihənin ümumi dəyəri isə 27,6 milyon manat olub. Bunun 17,6 milyon manatını sahibkarın vəsaiti, 10 milyon manatını isə dövlətin güzəştli krediti təşkil edib. Təsərrüfatda ABŞ-ın "John Deere" şirkətinin müasir texnika aqreqatları, kombaynları ilə təchiz olunan özəl "Aqroservis" yaradılıb 30 min tonluq taxıl anbarı tikilib. Ərazidə ABŞ-in "Lindsay" şirkətinin istehsalı olan 47 süni yağışyağdırma sistemləri - pivot quraşdırılıb. Bu da orta məhsuldarlığın 2 dəfə artmasına, suvarma suyuna 2-3 dəfə qənaət edilməsinə, torpağın şoranlaşması eroziyaya uğramasının qarşısının alınmasına münbitliyinin artırılmasına şərait yaradıb. Yüksək reproduksiyalı toxumlardan yeni intensiv əkin metodlarından istifadə etməkləyüksək məhsuldarlıq - hər hektardan 55 sentnerədək məhsul əldə olunub. Bundan başqa, 2000 hektar sahədə qarğıdalı, sınaq məqsədilə 20 hektar günəbaxan 5,3 hektar soya əkilib. Növbəti mərhələlərdə isə bütövlükdə taxılçılıq təsərrüfatı üçün ayrılan 4,8 min hektar sahə əkin dövriyyəsinə cəlb edilib.

Yuxarıda adı qeyd edilən ölkədə tanınmış markaya çevrilən "Atena" süd məhsulları da Ağcabədi rayonunda istehsal edilir. "Atropatena" şirkəti tərəfindən inşa olunan "Atena" süd məhsulları kombinatı da Azərbaycanda sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyinin bariz nümunəsidir. Ümumi ərazisi 22 hektar olan kombinatda ildə 7,6 min ton süd istehsalı 90 min ton süd emalı həyata keçirilir. Tikintisi üçün dövlət tərəfindən 5 milyon manat güzəştli kredit veriləl "Atena" süd emalı kombinatında Avropanın ən müasir avadanlıqları quraşdırılıb. Zavodda ilkin olaraq 42 çeşiddə süd məhsullarının istehsalına başlanılıb. Hazırda isə bu rəqəmin - çeşidin 100-ə çatdırlmasına çalışılır. Kombinatda emal prosesi tam şəkildə kompyuterləşdirilib bütün proses vahid mərkəzdən idarə olunur. Mütəxəssislər emal prosesini kompyuter vasitəsilə kənardan izləyirlər.Kombinatda süd, qatıq, kəsmik, pendir digər məhsulların hər biri xüsusi şəraitdə hazırlanır gigiyenik normalara uyğun şəkildə qablaşdırılır. İstehsal olunan məhsulların qablaşdırılması üçün tələb olunan taralar da zavodda hazırlanır. Zavodun xammalla təmin edilməsi məqsədilə Ağcabədi ətraf rayonlarda 21 süd qəbulu məntəqəsi təşkil olunub. Bu isə regionda fəaliyyət göstərən fermerlərin ailə təsərrüfatlarının inkişafına təkan verir. Kombinatın laboratoriyasında bütün emal prosesi yüksək keyfiyyətli laborator avadanlıqla yoxlamadan keçirilir.

Ağcabədi rayonunun mərkəzində fəaliyyət göstərən süd emalı zavodu da sahibkarlığın inkişafına dəstək olmaqla yanaşı, ağartı məhsullarının yüksək keyfiyyətdə istehsalında növbəti uğurlu addımdır. Ümumi ərazisi iki hektar olan bu zavodun qapalı hissəsinin sahəsi 5 min kvadratmetrdir. Zavod beynəlxalq standartlara cavab verən avadanlıqla təchiz edilib. Zavodda ondan artıq çeşiddə müxtəlif ağartı məhsulları istehsal edilir. Sutkalıq emal gücü 20-50 ton olan zavoda süd Ağcabədinin müxtəlif kəndlərindən gətirilir. Bu məqsədlə ətraf kəndlərdə 5 südtoplama məntəqəsi təşkil edilib. Məntəqələr soyuducu qurğularla da təchiz olunub. Zavodun satış şəbəkəsi, müasir tələblərə cavab verən laboratoriyası digər xidməti bölmələri var. Müəssisənin istehsal bölməsində geniş çeşiddə pendir, qatıq, dovğa, ayran, kəsmik, xama, kərə yağı sair istehsal edilir. Holland pendirinin istehsalı avtomatlaşdırılmış qaydada həyata keçirilir. Bu məhsulların hər biri zavodda yaradılan ayrı-ayrı sexlərdə, gigiyenik qaydalara uyğun olaraq hazırlanır. Hər bir məhsul laboratoriyalarda müvafiq yoxlamalardan keçir. Sexlərdə quraşdırılan havalandırma sistemi istehsal sahələrində normal temperaturun təmin edilməsinə imkan yaradır. Zavodda süd süd məhsullarının tərkibinin müəyyənləşdirilməsi keyfiyyətinin ölçülməsi məqsədilə müasir standartlara cavab verən iki laboratoriya da fəaliyyət göstərir. Hazır məhsullar laborator yoxlamadan keçdikdən sonra xüsusi anbarlara soyuducu depoya yığılır, daha sonra oradan satışa göndərilir.

Statistik rəqəmlərdən aydın olur ki, Aran iqtisadi zonasına daxil olan Ağcabədi rayonunda Dövlət Proqramlarında nəzərdə tutulan pambıqçılıq, taxılçılıq heyvandarlıq məhsulları istehsalının, kiçik emal müəssisələrinin inkişafının dəstəklənməsi tədbiri ilə əlaqədar taxılçılıq heyvandarlıq məhsulları istehsalı xeyli artıb. SKMF maliyyə dəstəyi sayəsində Ağcabədidə müasir tələblərə cavab verən, rəqabətə davamlı istehsal müəssisələri yaradılıb. Hazırda isə Fondun maliyyə dəstəyi ilə rayonun Rəncbərlər kənd ərazisində 5 min tonluq soyuducu anbar, şəhərin S.Vurğun küçəsi ərazisində "Cahidoglu" MMC- məxsus müasir çörək zavodu tikilməkdədir. Ümid edirik ki, bu istehsal müəssisələri qısa zamanda həyata vəsiqə alacaq, rayonun iqtisadiyyatının inkişafında, əhalinin sosial-rifahının yaxşılaşmasında özünəməxsus rol oynayacaqdır.

İsgəndər HƏSƏNOV

Yazı İqtisadiyyat Sənaye Nazirliyinin Azərbaycan Mətbuat Şurası ilə birgə jurnalistlər arasında elan etdiyi "Azərbaycan sənayesi yeni inkişaf mərhələsində" adlı yaradıcılıq müsabiqəsinə təqdim edilir

 





23.10.2014    çap et  çap et