525.Az

"Hakimiyyət bəzi dairələrin kənardan törətmək istədiyi kataklizmlərə rəvac verməyəcək"


 

"Hakimiyyət  bəzi dairələrin  kənardan törətmək istədiyi kataklizmlərə rəvac verməyəcək"<b style="color:red"></b>

"İstənilən dövrdə, istənilən seçki prosesi ərəfəsində "sürprizlər"ə hazır olmaq lazımdır".

Bunu mətbuata açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, vitse-spiker Bahar Muradova qarşıdan gələn 2015-ci il parlament seçkiləri ərəfəsində hakimiyyət daxilində hansısa "sürpriz"lərin yaşadılmasına, o cümlədən, seçkilərlə bağlı hansısa ssenarilərin həyata keçirilməsinə cəhdlərin edilməsinin mümkünlüyü məsələsinə münasibətini bildirərkən dilə gətirib. Onun sözlərinə görə, bəzi dairələr qüvvələr tərəfindən Azərbaycanla bağlı hədəflər, maraqlar hələ dəyişmədiyindən zamana,hadisələrə görə bu "sürpriz"lər sadəcə, xarakterini dəyişə bilər, amma bununla belə, "sürpriz"lər həmişə olacaq gözləniləndir. "Biz buna hazır olmalıyıq, hazırıq da. Ancaq əsas odur ki, istər  Azərbaycan dövləti,  istərsə   bugünkü Azərbaycan hakimiyyəti  həmin dairələrin  kənardan törətmək istədikləri kataklizmlərə heç zaman rəvac verməyəcək"-deyən

B. Muradova eyni zamanda bildirib ki,  indiyə qədər hakimiyyət komandasında olan şəxsləri bir-birinə qarşı qoymağa, onları gözdən salmağa, qaralamağa xidmət edən kampaniyalar olub   yəqin ki, bundan sonra da  bu ya digər şəkildə o kampaniyalar davam edəcək:

"Azərbaycandakı maraqlarını məhz bu fəal siyasi kampaniya gedişində bu ya digər hadisələr törətməklə onun nəticələrindən istifadə edərək reallaşdırmağa çalışanlar da olacaq.

Bu prosesdə xarici havadarların tapşırıqlarını yerinə yetirmək üçün bundan bir şans kimi istifadə etmək istəyən bizim öz daxili soydaşlarımız da olacaq. Bunlara da hazırıq hazır olmaq lazımdır. Eyni zamanda,  kimsə düşünməsin ki, onların bizə qarşı bu cür xəbis niyyətlərə xidmət edən proqramları mövcud olduqca, bizim   müqavimət hissimiz zəifləyəcək. Əksinə, bunlar bizim müqavimət gücümüzü, hissimizi, əzmimizi daha da möhkəmləndirir zaman göstərir ki, bütün bu kampaniyalar olmasına rəğmən biz  Azərbaycanın seçki qanunvericiliyinə, Azərbaycanın qanunlarına, Konstitusiyasına, Azərbaycan dövlətinin öz vətəndaşları qarşısında  öhdəliyinə uyğun şəkildə işlərimizi qura bilmişik. Bu gün , bundan sonra da belə olacaq.  Həmçinin, Azərbaycanın ictimai-siyasi elitası qanun çərçivəsində öz işini quracaqsa, çox normal, ədalətli, sərbəst, azad, şəffaf seçkilər keçiriləcək. Azərbaycan növbəti 5 il üçün yenə müəyyən şəxslərə, müəyyən siyasi qüvvələrə onun adından danışmaq mandatını verəcək. Ona görə kimlərsə bu işdə şəffaf şəkildə iştirak etmək istəyirsə, Azərbaycanın qapıları onun üzünə açıqdır, kimlərsə qara niyyətlə gələcəklərsə, onların niyyətləri hər zamankı kimi puç olacaq".

K.HƏMZƏOĞLU

 





23.10.2014    çap et  çap et