525.Az

“Ermənistan beynəlxalq ehtiyatlarını “qırmızı xətt”ə qədər xərcləyib”


 

“Ermənistan beynəlxalq ehtiyatlarını “qırmızı xətt”ə qədər xərcləyib”<b style="color:red"></b> “Ermənistan beynəlxalq ehtiyatlarını “qırmızı xətt”ə qədər xərcləyib”.
 
“APA-Economics” Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bunu “Erməni Milli Konqresi” fraksiyasının rəhbəri Levon Zurabyan parlamentdə çıxışı zamanı bəyan edib.
 
O qeyd edib ki, beynəlxalq təcrübədə ölkənin yarımillik idxalı həcmində xarici ehtiyatlara malik olması tövsiyyə edilir. Bunu əsas gətirən L. Zurabyan Ermənistanın bu göstəricilərinə nəzər salmağı təklif edib. O əlavə edib ki, 2013-cü ildə Ermənistanda idxalın həcmi 4 mlrd. 476 mln. ABŞ dolları, başqa sözlə, ötən ilin 6 ayında 2 mlrd. 238 mln. ABŞ dolları olub. Eyni zamanda, 2014-cü ilin əvvəlində Ermənistanın beynəlxalq ehtiyatları 2 mlrd. 113 mln. ABŞ dolları təşkil edib, sentyabrda isə artıq 1 mlrd. 663 mln. dollara qədər azalıb.
 
“Cəmi 6 ayda Mərkəzi Bankın ehtiyatları 550 mln. ABŞ dolları həcmində azalıb. Bu qırmızı xətdən 575 mln. dollar aşağıdır. Bu isə bizim iqtisadiyyatımız üçün çox əhəmiyyətlidir”, - deyə o qeyd edib.
 





23.10.2014    çap et  çap et