525.Az

Polşada Əlimərdan bəy Topçubaşovun barelyefinin açılışı olub


 

Polşada Əlimərdan bəy Topçubaşovun barelyefinin açılışı olub<b style="color:red"></b> 21 oktyabr 2014-cü il tarixində Azərbaycanın Polşadakı səfirliyi tərəfindən Poznan şəhərində yerləşən İqnaçı Paderevski adına Musiqi Akademiyasının əsas binasında 1918-1920 Polşanın baş naziri olmuş İqnaçı Paderevskiyə və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşova həsr olunmuş barelyefin açılışı olub.    

Azərbaycanın Polşadakı səfirliyindən APA-ya verilən məlumata görə, barelyefin açılışında  Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, İqnaçı Paderevski adına Musiqi Akademiyasının rektoru Halina Lorkovska, Akademiyanın prorektorları, müəllim və tələbə heyəti və Poznan ictimaiyyətinin tanınmış üzvləri iştirak ediblər. Tədbiri giriş sözü ilə xanım Halina Lorkovskaya açaraq İqnaçı Paderevski və Əlimərdan bəy Topçubaşova haqqında danışıb və barelyefin İ. Paderevskinin adını daşıyan Musiqi Akademiyasında qurulmasını əlamətdar hadisə kimi dəyərləndirib. Səfir Həsən Həsənov çıxışında Azərbaycan haqqında məlumat verib və Azərbaycan-Polşa əlaqələrinin tarixindən danışıb. Səfir Həsən Həsənov çıxışında bildirib ki, barelyefin açılışı Azərbaycan xalqının ona edilən yaxşılıqları və öz dostlarını unutmayan xalq olduğunun göstəricisidir.  
 
Sonra səfir Həsən Həsənov və İqnaçı Paderevski adına Musiqi Akademiyasının rektoru Halina Lorkovskaya barelyefi açıblar.
 
Tədbirin sonunda Musiqi Akademiyasının tələbələrinin hazırladığı konsert olub.
 





23.10.2014    çap et  çap et