525.Az

"Məhəbbət əfsanəsi" böyük səhnədə


 

"Məhəbbət əfsanəsi" böyük səhnədə<b style="color:red"></b> Oktyabrın 23-də Rusiya Akademik Böyük Teatrının səhnəsində görkəmli bəstəkar, professor Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletinin premyerası keçiriləcək.
 
Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, Yuri Qriqoroviçin quruluşunda və Simon Virsaladzenin səhnə tərtibatında nümayiş etdiriləcək yeni tamaşanın dirijoru Rusiyanın əməkdar artisti Pavel Sorokindir.
 
Premyerada mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirliyin İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov, tanınmış balet ustaları, xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədov, bəstəkar, Əməkdar incəsənət xadimi Ceyhun Allahverdiyev, gənc bəstəkarlar və Bakı Musiqi Akademiyasının tələbələri iştirak edəcək.
 
Qeyd edək ki, "Məhəbbət əfsanəsi" baleti ilk dəfə 1961-ci ildə Kirov adına Leninqrad Akademik Opera və Balet Teatrında - indiki Sankt-Peterburq Mariinski Teatrında tamaşaya qoyulub. Həmin tamaşanın quruluşçu baletmeysteri SSRİ xalq artisti Yuri Qriqoroviç, rəssamı Simon Virsaladze, dirijoru maestro Niyazi olub.
 





23.10.2014    çap et  çap et