525.Az

Ronaldo Raulu haqladı


 

Ronaldo Raulu haqladı<b style="color:red"></b> Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Liverpul”la oyunda qol vuran “Real”ın futbolçusu Kriştianu Ronaldo şəxsi göstəricisini bir qədər də yaxşılaşdırıb.
 
Lent.az-ın məlumatına görə, bu, portuqaliyalı futbol ulduzunun ÇL-dəki 70-ci qolu olub. Beləliklə, Ronaldo qitənin ən nüfuzlu klub turnirində ən məhsuldar ikinci futbolçu adını yenidən ələ keçirib.
 
Qeyd edək ki, bombardirlər cədvəlinə “Real”ın keçmiş hücumçusu Raul Qonzales başçılıq edir. Onun aktivində 71 qol var. Bu isə o deməkdir ki, Ronaldo daha 1 qol vuracağı təqdirdə, Raula çatacaq. Messi 69 qolla onları qarabaqara izləyir.
 





23.10.2014    çap et  çap et