525.Az

4 rayonda qaz olmayacaq


 

4 rayonda qaz olmayacaq<b style="color:red"></b> Bu gün bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
 

"Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, qaz nəqli sistemində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 15:00-dək Şəmkir rayonunun bir hissəsinə, saat 14:00-dan 18:00-dək Tovuz rayonunun bir hissəsinə, saat 15:00-dan 17:00-dək Sumqayıt şəhərinin Tağıyev qəsəbəsinə, saat 16:00-dan 18:00-dək isə Ağstafa rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
 





23.10.2014    çap et  çap et