525.Az

Ruslar daha çox ABŞ-dan ehtiyat edirlər


 

Ruslar daha çox ABŞ-dan ehtiyat edirlər <b style="color:red"></b> ABŞ-la Rusiya arasında siyasi münasibətlərin gərgin olması cəmiyyətlərin də mövqeyinə təsirsiz ötüşməyib.
 
Lent.az-ın xarici KiV-lərə istinadən verdiyi məlumata görə,  Rusiyanın rəsmi qurumu olan Rusiya İctimaiyyət Araşdırmaları Mərkəzinin keçirdiyi son araşdırmalar nəticəsində məlum olub ki,  rusların böyük əksəriyyəti ABŞ-ı Qafqazdakı radikal qüvvələrdən daha təhlükəli sayır.
 
Belə ki, Mərkəzin bu günlərdə keçirdiyi sorğuda "İndiki vaxtda ruslara qarşı ən böyük təhdid haradan gəlir?" sualına respondentlərin 22 faizi "ABŞ” cavabını verib.
 
Sorğu iştirakçılarının 13 faizi radikal qrupları, 7 faizi Ukraynanı göstərib. Sorğu iştirakçılarının 60 faizə yaxını isə rəsmi Moskvanın əhalini baş verə biləcək terror hücumlarından qoruyacağına inandıqlarını bildiriblər.
 





23.10.2014    çap et  çap et