525.Az

“İŞİD” Suriya-Türkiyə sərhədində nəzarət-buraxılış məntəqəsini ələ keçirməyə cəhd edib


 

“İŞİD” Suriya-Türkiyə sərhədində nəzarət-buraxılış məntəqəsini ələ keçirməyə cəhd edib<b style="color:red"></b> Kürd silahlıları  “İŞİD” terror qruplaşmasının Kobani yaxınlığında Suriya-Türkiyə sərhəd nəzarət-buraxılış məntəqəsini ələ keçirmək cəhdini dəf ediblər.
 
APA-nın xəbərinə görə, Suriyanın “Ahbar Suriya” xəbər portalının məlumatına əsasən,  “İŞİD” Suriya-Türkiyə sərhədində nəzarət-buraxılış məntəqəsini nəzarətə almaq məqsədi ilə hücuma keçib. Strateji obyektə hücum eyni vaxtda üç istiqamətdən həyata keçirilib".
Məlumata görə,  kürd silahlıları “İŞİD”-in həmləsini dəf ediblər.
 





23.10.2014    çap et  çap et