525.Az

Hakan Şükür keçmiş nazirlə partiya qurur


 

Hakan Şükür keçmiş nazirlə partiya qurur<b style="color:red"></b>

Türkiyənin Ədalət və İnkişaf Partiyasının üzvü kimi deputat seçilən, ötən ilin dekabr ayında keçirilən böyük rüşvət və korrupsiya əməliyyatından sonra hakim partiyadan ayrılan şəxslərin iki ildir yeni partiya qurmaq üçün hazırlaşdıqları üzə çıxıb.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu AKP-dən olan keçmiş deputat İdris Bal da bu gün etiraf edib. “İki ildir üzərində çalışırdıq”, - deyən Bald yeni partiya quracaqlarını açıqlayıb.

Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu ilə görüşün danışan Bal yeni partiyanın 8 ay sonrakı seçkilərdə iştirak edəcəyini də söyləyib. Bu gün CHP lideri görüşdən sonra Türkiyə Böyük Millət Məclisində mətbuat konfransı keçirən İdris Bal partiyanın qurulma nöqtəsinə gəldiklərini və zümrəni təmsil edən şəxslərin partiyanın quruculuğunda iştirak edəcəyini vurğulayıb.

Yeni qurulacaq partiyada AKP-dən istefa verən deputat Hakan Şükürlə keçmiş mədəniyyət və turizm naziri Ərtoğrul Günayın da təmsil olunacağı bildirilir.

 





22.10.2014    çap et  çap et