525.Az

Olland "erməni soyqırımı" ilə bağlı gələn il Ermənistana səfər edəcək


 

Olland "erməni soyqırımı" ilə bağlı gələn il Ermənistana səfər edəcək<b style="color:red"></b> Fransa Prezidenti Fransua Olland gələn ilin aprelində qondarma “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Ermənistana səfər edəcək.

Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Fransanın Ermənistandakı səfiri Anri Reno deyib.

Diplomatın sözlərinə görə, bu il aprelin 24-də Fransa Prezidenti Parisdə bəyan edib ki, gələn ilin bu günü o, Ermənistanda olacaq.

Səfir qeyd edib ki, may ayında Fransanın dövlət başçısı bu bəyanatı Ermənistanda təsdiqləyib.
 





22.10.2014    çap et  çap et