525.Az

“Total” şirkətinə yeni prezident təyin olunub


 

“Total” şirkətinə yeni prezident təyin olunub<b style="color:red"></b> “Total” neft-qaz konserninin yeni prezidentinin adı məlum olub.
 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, şirkətin idarə heyətinin qərarına əsasən Kristof de Marjerinin yerinə Patrik Pouyanne təyin olunub.
 
P. Pouyanne əvvəllər şirkətin emal və kimya bölümünə rəhbərlik edib.
 
Xatırladaq ki, oktyabrın 21-də Moskvanın “Vnukovo-3” hava limanında “Falkon-300” tipli kiçik mühərrikli 4 nəfərlik təyyarə uçuş zolağında qartəmizləyən maşınla toqquşub. Nəticədə təyyarə aşıb və yanıb. Həmin təyyarədə olan “Total”ın prezidenti və daha 3 nəfər ölüb.
 





22.10.2014    çap et  çap et