525.Az

Türkiyə ordusunun korpus komandiri Naxçıvanda olub


 

Türkiyə ordusunun korpus komandiri Naxçıvanda olub<b style="color:red"></b> Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Türkiyə Silahlı Qüvvələrinin muxtar respublikada səfərdə olan nümayəndə heyəti ilə görüşüb.
 
APA-nın Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin saytına istinadən verdiyi məlumata görə, görüş zamanı Türkiyə Silahlı Qüvvələrinin muxtar respublikada ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərdəki rolunu vurğulayan V. Talıbov Azərbaycan-Türkiyə münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla davam etdiyini deyib.
 
Nümayəndə heyətinin rəhbəri, Türkiyə Silahlı Qüvvələrinin Ərzurum şəhərində yerləşən 9-cu Ordu Korpusunun komandiri, general-polkovnik Şərəf Önqay isə Naxçıvana səfərinin onda böyük təəssüratlar yaratdığını, muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin qürurverici olduğunu diqqətə çatdırıb.
 





22.10.2014    çap et  çap et