525.Az

Avropa Komissiyasının yeni tərkibi təsdiqləndi


 

Avropa Komissiyasının yeni tərkibi təsdiqləndi<b style="color:red"></b>

“Media forum” saytı xəbər verir ki, Avropa Parlamenti oktyabrın 22-də Avropa Komissiyasının 2014-2019-cu illər üçün yeni tərkibini təsdiqləyib.

Avropa parlamentinin 699 üzvündən 423-ü Jan Klod Yunkerin sədrlik etdiyi yeni tərkibin lehinə, 209-u əleyhinə səs verib, 67 deputat bitərəf qalıb.

Jan Klod Yunker 1995-2013-ci illərdə Lüksemburqun baş naziri postunu tutub.

Avropa İttifaqı Şurası yeni tərkibi təsdiqləsə, Avropa Komissiyası noyabrın 1-dən fəaliyyətə başlayacaq.

 





22.10.2014    çap et  çap et