525.Az

"Azərbaycanda yəhudilərə göstərilən diqqətdən məmnunuq"


 

"Azərbaycanda yəhudilərə göstərilən diqqətdən məmnunuq"<b style="color:red"></b> Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İsrailin Azərbaycandakı səfiri Rafael Harrazı qəbul edib.

Komitədən Lent.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycanla İsrail arasında əlaqələrin tarixi köklərə malik olduğu və bu münasibətlərin hazırda da uğurla davam etdiyi vurğulanıb. O, Azərbaycanda yəhudilərə göstərilən diqqətdən, ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasından məmnun olduğunu bildirib. Səfir qeyd edib ki, azərbaycanlılar həmişə yəhudilərə qardaş münasibəti bəsləyiblər və burada nə vaxtsa dini və etnik zəmində hər hansı problemlə qarşılaşmayıblar.

Görüş zamanı Azərbaycanla İsrail arasında mövcud münasibətlərin və qarşılıqlı əməkdaşlığın qorunub saxlanmasının və inkişaf etdirilməsinin zərururiliyi vurğulanıb.
 





22.10.2014    çap et  çap et