525.Az

ABŞ demokratiyası


 

ABŞ demokratiyası<b style="color:red"></b>

İkinci Dünya Müharibəsindən sonra beynəlxalq aləmdə demokratikləşmə ön plana çıxıb. Əlbəttə, demokratikləşmə qarşılıqlı olaraq dövlət-vətəndaş münasibətlərini tənzimləyən bu günə qədər tapılan ən əhəmiyyətli mexanizmdir.
 
Bu mexanizmin dövlət sistemində, cəmiyyətdə tətbiq edilməsi isə müxtəlifdir. Dövlətlər bundan standart resept kimi istifadə etmirlər, özlərinə və cəmiyyətlərinə görə müxtəlif şəkildə dəyişirlər.

ABŞ Prezidenti Barak Obama Klinton Qlobal Təşəbbüsünün illik sessiyasındakı nitqində dünya dövlətlərinə demokratiya dərsi keçib. Obama çıxışında belə deyib: ''Rusiyadan tutmuş Çinə və Venesuelayadək amansız təzyiqlər görürük, hökumətlər legitim fikir ayrılığını dövlətə xəyanət kimi dəyərləndirir. Azərbaycan kimi yerlərdə qanunlar QHT-lərin fəaliyyətini inanılmaz dərəcədə çətinləşdirir...''. Obama daha sonra "Demokratiyanı gücləndirmək üçün daha güclü kampaniyaya ehtiyac var'' deyib. Əlbəttə var, bunu ABŞ nümunəsində daha çox görmək mümkündür.

Obama öz dövlətinin də siyasətini tənqid edib, demokratiya, insan haqlarının qorunmaması problemləri və s. haqqında fikirlərini bildirib. Bu problemlərin həlli yollarından danışıb, amma təəssüflər olsun ki, ABŞ-da bu problemlər həll edilə bilmir. Obama öz evindəki ''yanğını'' söndürmədən qonşu evinin ''bacasından çıxan tüstünü'' yanğın olaraq görür.

ABŞ Prezidenti bu və yaxud digər məsələlərə münasibət bildirə bilər. Bu zaman beynəlxalq münasibətlər sistemində ümumən qəbul edilmiş, ancaq ikiqütblü dünyanın dağılmasından sonra bir xeyli korroziyaya uğramış beynəlxalq hüquq, siyasi mədəniyyət və ədalət anlayışı qaydalarına da əməl etməli idi.

ABŞ dünyada demokratiyanın beşiyi və qoruyucusu olaraq təqdim edilir. Amma bu ''demokratiyanın'' bilinməyən və bilinməsi əngəllənən bəzi məqamları vardır. ABŞ-ın demokratiya anlayışı belədir:

– ABŞ yerli qırmızıdərililərə qarşı 65 qətliam törədib və 3 milyondan çox qırmızıdərili öldürülüb. Ən son qətliam isə 1911-ci ildə törədilib və tarixə ''Last Massacre – Sonuncu qətliam'' olaraq keçib;

– XVI əsrdən 1808-ci ilə qədər ''Tumberio'', yəni ölü daşıyıcıları adı ilə bilinən gəmilərdə sadəcə ABŞ-a 12 milyon 500 min kölə gətirilib. Köləlik ABŞ-da rəsmən 18 dekabr 1865-ci ildə qadağan edilsə də, irqi ayrı-seçkilik indiyə qədər davam edir;

– İrqçiliyə qarşı mübarizə aparan Martin Lüter Kinq 1968-ci il fevralın 4-də öldürüldü;

– Ötən aylarda Fergusonda irqi ayrı-seçkilik nəticəsində zənci gəncin polislər tərəfindən öldürülməsindən sonra etiraz edənlərin həbs edilməsi və onlara qarşı zorakılıq tətbiq edilməsi müşahidə olundu;

– Nyu-Yorkda polislər tərəfindən həbs edilənlərin 70 faizi, atəş açılanların 50 faizi, öldürülənlərin 70 faizi zəncidir;

– ABŞ-da 20-29 yaşında olan zəncilərin üçdə biri ya həbsxanalarda, ya da istintaq təcridxanasındadır;

– ABŞ hökuməti təxminən 10 ildən çoxdur Quantanamoda insanları məhkəmə qərarı olmadan illərlə həbsxanada saxlayır, onlara işgəncə verir;

– İkinci Dünya Müharibəsi başa çatdığı ərəfədə 6 avqust 1945-ci ildə Xirosimaya, 9 avqust 1945-ci ildə Naqasakiyə atılan atom bombaları nəticəsində 100 min yaponiyalı mülki vətəndaş öldürülüb və yüz minlərlə insan şikəst qalıb;

– Vyetnam müharibəsində 1962-1971-ci illər arasında mülki insanlar qətl edilib, onlara qarşı 80 milyon litr kimyəvi dioksin qazından (dəmir çəlləklərdəki zəhərli qazın etiketinin rənginə görə bu zəhərli qaza portağal qazı da deyilir) istifadə edərək 5 milyon vyetnamlı öldürülüb və şikəst qalıb;

– Koreya xalqı iki yerə bölünüb, bir-birinə düşmən edilib və bu düşmənçiliyin davam etməsi siyasəti həyata keçirilir;

– ABŞ İraqın enerji mənbələrinə sahib olmaq üçün bu ölkəni işğal edib, yüz minlərlə insanı öldürüb, milyonlarla insan ölkəsini tərk edib;

– 11 sentyabr hadisəsindən sonra Əfqanıstanı işğal edərək on minlərlə insanı öldürüb;

– İraq və Əfqanıstanda yüksək dəqiqliyə malik olan silahlarla silahlı hədəflər deyil, mülki insanlar öldürülüb;

– ''Sülhməramlı'' ABŞ əsgərləri İraq və Əfqanıstanda sivil insanları öldürüb, onların cəsədlərini təhqir edərək uşaqları və nəvələri üçün xatirə şəkilləri çəkdiriblər;

– Liviyada hakimiyyəti devirərək, Suriyada isə buna cəhd edərək regionda xaos yaradıb;

– Beynəlxalq terrorizmə qarşı müharibə elan edərkən özünün məhkum etdiyi erməni terrorçuları vaxtından əvvəl əfv edib.

Newstimes.az
Hatəm Cabbarlı, siyasi elmlər doktoru

 





22.10.2014    çap et  çap et