525.Az

İTV-nin "Ozan məclisi" - aşıq sənətinə böyük ehtiramla


 

APARICI QORXMAZ TOFİQOĞLU: "İCTİMAİ TELERADİO RƏHBƏRLİYİNİN DİQQƏT VƏ QAYĞISI, YARADILAN YÜKSƏK ŞƏRAİT "OZAN MƏCLİSİ"NİN GƏLƏCƏK UĞURLARINDAN XƏBƏR VERİR"

İTV-nin "Ozan məclisi" - aşıq sənətinə böyük ehtiramla<b style="color:red"></b>

Son illərdə Azərbaycanda aşıq sənətinə, saz-söz yaradıcılığına dövlət səviyyəsində xüsusi diqqət qayğı göstərilir. Heydər Əliyev Fondunun təşəbbüsü qayğısı sayəsində Mədəniyyət Turizm Nazirliyinin tərəfindən bu sahədə yerli beynəlxalq miqyasda mühüm işlər görülür.  Azərbaycan aşıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya daxil edilməsi buna əyani sübutdur. Aşıq sənəti ilə bağlı görülən işlər, təbii ki, bununla yekunlaşmır. Kütləvi informasiya vasitələrində, xüsusən teleradioda aşıq yaradıcılığı, saz-söz sənəti ilə bağlı silsilə proqramlar hazırlanır, bu misilsiz sənətin yaşadılması, təbliği, qorunub gələcək nəsillərə çatdırılması istiqamətində dəyərli addımlar atılır. Bu baxımdan İctimai Televiziya Radio Yayımları Şirkəti aşıq sənətinə daha geniş vaxt ayırması ilə diqqəti çəkir. İTV-nin həm televiziya, həm radio kanalı aşıq sənəti ilə bağlı maraqlı verilişlərlə tamaşaçıların, sazsevərlərin könlünü oxşayır. Həmin verilişlər aşıq sənətinin araşdırılması, müasir səviyyədə təbliği, bu sənətin ən layiqli nümayəndələrinin xalqa daha yaxından tanıdılması cəhətdən müstəsna əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, saz-söz vurğunları, aşıq sənətinin pərəstişkarları öz mənəvi ehtiyaclarının qarşılanması üçün ilk növbədə İTV-nin ekran efirinə üz tutur, diqqət kəsilirlər.

İTV- "Ozan məclisi" verilişinin aparıcısı, gənc yaşından etibarən saz-söz bilicisi olaraq tanınan qəbul edilən Qorxmaz Tofiqoğlu deyir ki, İctimai Televiziya Radio Yayımları Şirkətinin rəhbərliyi milli-mənəvi dəyərlərimizin təbliğinə təqdimatına həm böyük sevgiylə, həm   son dərəcə məsuliyyətlə yanaşır, bu sahəyə xüsusi diqqət ayırır: "İctimai Televiziya Radio Yayımları Şirkətinin proqram siyasətində milli-mənəvi dəyərlərin təbliğinə həsr olunmuş verilişlər bir növ öhdəlik xarakteri daşıyır. Həm öhdəliklərimizdən irəli gələn bir olduğu üçün, həm vətəndaş mövqeyi, milli-mənəvi təəssübkeşlik duyğusu sayəsində İctimai teleradio aşıq sənətini, sazı daima diqqətdə saxlayır.

Buna görə aşıq yaradıcılığı ilə bağlı verilişlərin yaranması yayımlanması məndən ya hansısa başqa aparıcının mövqeyindən asılı olmayaraq, məhz rəhbərliyin qərarına söykənən labüd layihələrdir. İlk dəfə aşıq yaradıcılığı ilə bağlı veriliş İctimai televiziyamızdan öncə İctimai radioda efirə çıxıb, amma ekran həyatı ona daha geniş auditoriya qazandırdı. Biz adi, sıradan musiqi nömrələri hesabına efiri doldurmaq yox, tam əksinə, bu gözəl sənəti sanballı nümunələr hesabına, sistemli formada, geniş şəkildə təqdim təbliğ etməyə, sənətkarları sırf peşəkar yanaşma ilə bütün dinləyicilərə xüsusən gənc nəslə tanıtdırmağa, sevdirməyə çalışırıq.  Düşünürəm ki, məqsədimizə xeyli dərəcədə nail ola bilmişik. Ən başlıcası, ona görə ki, İTV-nin hazırkı ekran-efir mövqeyi, proqram siyasəti düzgün uğurlu qurulub.

Çalışırıq ki, aşıq yaradıcılığı ilə, bu sənətin müxtəlif tərəflərilə bağlı silsilə verilişlər, ardıcıllığı pozmadan səviyyəli proqramlar təqdim edək. İctimai Televiziya Radio Şirkətinin bu sahədəki siyasəti ilk növbədə milli mənəvi mədəni dəyərlərin, xalqımızın yüksək mənəviyyatını əks etdirən sənət nümunələrinin təbliğinə yönəlib".

İctimai Televiziya Radio Yayımları Şirkətinə bu kanal fəaliyyətə başlayandan təxminən 7 ay sonra gəldiyini bildirən Qorxmaz Tofiqoğlu hazırda aşıq sənəti ilə bağlı verilişlərin daha yüksək səviyyədə fərqli formatda tərtib olunduğunu qeyd edir: "Mən İctimai radioya işləməyə gələndə burada aşıq musiqiləri verilirdi, ancaq bu, xüsusi veriliş formatında deyildi. Hansısa boş saatda təxminən yarım saat konsert şəklində aşıq musiqisi səsləndirilirdi. Sovetlər dövrünün şablon aparıcılıq metodu kimi qısaca, "buyurun, indi saz havalarını dinləyin" şəklində anons edilir aşıq musiqisi efirə verilirdi. İlk dəfə efir məkanında canlı şəkildə aşıq proqramını aparmaq xoşbəxtliyimi deyim, böyük məsuliyyətimi deyim, mənə qismət oldu. Yeni işə başlayanda, müəyyən qədər ailəmizdə gördüyümə görə (rəhmətlik atam aşıq Firudin Kəlbəcərli tanınmış saz sənətkarı idi) bir az da öz duyğularımın, düşüncələrimin qatqısı ilə daha ciddi proqram tərtib etməyə ehtiyac olduğunu anladım. Təbii ki, o işləri görə-görə yavaş-yavaş həm özümdə olan çatışmazlıqları da aradan qaldırmağa cəhd göstərdim. 8 ilə yaxındır ki, bu cəhdlər özünü az-çox doğruldur, həftənin 4 günü radioda efirə çıxırıq, canlı telefon bağlantılarına şərait yaradırıq. İndi tək Azərbaycan daxilində deyil, Türkiyə, İran, Gürcüstan digər ölkələrdən zəng etməyə fürsət var.  təbii ki, zəng edənlərin , məktub ünvanlayıb irad təkliflərini bildirənlərin arzularını nəzərə alırıq. Artıq dinləyici arzusunun olduğunu təxmin edə bilirik. Hərdən dinləyicilərin, tamaşaçıların alqışını qazanmaq üçün özümüz onları qabaqlamağa, istək arzularını yerinə yetirməyə can atırıq. İctimai Televiziya yaranandan bu verilişdə bir neçə aparıcı olub. Ona görə keçmiş həmkarlarıma da təşəkkür edirəm. Amma açığını desəm, ümumi götürəndə, verilişin səviyyəsi əvvəllər o qədər könülaçan deyildi.  Yəni, müəyyən rəyləri ifadə edən məktublar gəlirdi, ziyalılar fikir bildirirdilər, bunlardan təxmin etmək olurdu ki, verilişin səviyyəsi tam qənaətbəxş sayıla bilməz. 1 ildən artıqdır, İctimai Televiziyada mənim təqdimatımla efirə gedən "Ozan məclisi"ndə öz səviyyə üslubumuzu qorumağa səy göstəririk.

"Ozan məclisi" həftədə bir dəfə - hər bazar günü saat 15:45- efirə çıxır. Bazar günü istirahət günüdür, ancaq elə insanlar var ki, bazar günü tam olaraq istirahət etməyi seçdiklərinə görə bütün günü televiziyaya  baxmırlar, belə tamaşaçılarımızı da nəzərə alan İTV rəhbərliyi proqramın təkrarını çərşənbə günü efirə verilməsini lazım bilib. Folklorla, aşıq sənəti ilə məşğul olan, yaxud bu sənətə səmimi bir rəğbət bəsləyən insanlar hər görəndə öz təşəkkürlərini çatdırırlar, tövsiyələrini verirlər, bəzən mən özüm ictimaiyyət nümayəndələrindən veriliş haqda rəy soruşur, nəyin çatışmadığını xəbər alır, təklif iradları öyrənməyə çalışıram. Rəylərə əsasən demək mümkündür ki, düz yoldayıq. Ancaq hələ görüləsi çox işlər var. İnanıram ki, rəhbərliyin diqqət qayğısı, yaratdığı şərait, sənətkarların bizim proqramda çıxış etmək arzusu özümüzün ürəklə çalışmağımız "Ozan məclisi"nin gələcək uğurlarından xəbər verir. Bu mənada, verilişin get-gedə daha maraqlı, baxımlı alınacağını söyləməyə əsas var".

Qorxmaz Tofiqoğlu aparıcısı olduğu verilişin yaradıcı heyətinin daima İctimai Televiziya Radio Yayım Şirkətinin "formaca müasir, məzmunca milli" devizini əsas tutduğunu vurğulayır: "Aşıq yaradıcılığı, saz sənəti əcdadlarımızın bizə mirasıdır. Əlbəttə, mahiyyət baxımından burada köklü dəyişiklik yolverilməzdir. Ancaq forma dəyişiklikləri, yeniliklər, zamanla ayaqlaşmaq vacibdir. Biz hər dəfə əvvəlkindən, yaxşı mənada fərqlənən, orijinal veriliş ərsəyə gətirməyə cəhd edirik. Növbəti verilişin əvvəlkindən daha cəlbedici, daha modern alınması, tamaşaçının ürəyincə olması üçün səy göstəririk. Əvvəllər efirə ayaq aça bilməyən, amma sazla, folklorla bağlı ciddi araşdırmaları, tədqiqatları, fikirləri olan insanları axtarır, proqramımız vasitəsilə üzə çıxarırıq. Hər verilişdə tamaşaçıya heç olmasa bir yeni səs, yeni nəfəs qazandırmağa, görkəmli aşıqları təbliğ etməklə yanaşı, gənc istedadları da tanıtmağa çalışırıq.

Bunda məqsədimiz həm gənclərin təcrübə toplaması, həm tamaşaçını yeknəsəqlikdən qorumaqdır. Əlbəttə, yeniliklərə açıq olmaq lazımdır, lakin folkloru əsla öz zəminindən, kökündən qoparıb yabançı "müasir" musiqi formatına yerləşdirmək olmaz. Buna mənəvi haqqımız yoxdur. Düzdür, kimlərsə deyə bilər ki, aşıqlarımızın repertuarı məhdud görünür, çox vaxt 15-20 hava oxuyurlar. Ancaq nəzərə alaq ki, o aşıq havaları zamanın sınağından çıxıb. 300 il bundan öncə həmin havaya necə böyük tələbat vardısa, bu gün sazsevərlər, saza, folklora qəlbən bağlı insanlar yenə həmin havanın arzusundadırlar. Bu baxımdan yanaşanda hansısa mahiyyət yeniliyinə əl atmaq düzgün deyil heç lazım da deyil. Ancaq verilişin dekorasiyasını, vizual görüntünü müsbət yöndə dəyişmək effekti artıra bilər. Niyə aşıqlarımız müasir tərtibatlı, ən yeni avadanlıqların quraşdırıldığı studiyada çıxış etməsinlər? İndi "Ozan məclisi" tam yeni studiyadan yayımlanır. Aşıq havalarının rahat, müasir studiyada təqdimatı ifaçını ürəkləndirdiyi kimi, tamaşaçının da zövqünü oxşayır. Sözsüz ki, bu zaman aşıq sənətinin özünəməxsusluğunun, qədimi çalarlarının qorunması vacib şərtdir.  

Şirkətimizin rəhbərliyi yeniliklərə diqqət ayırmaqla bizi yaxından dəstəkləyir".

 Q.Tofiqoğlu deyir ki, digər sahələrdə olduğu kimi, aşıq sənətində müəyyən arzuolunmaz hallar mövcuddur: "Bu gün əlinə saz alıb bəzi kanallara yol tapan, aşıq adına, sənətkar adına ləkə gətirənlər az deyil. Belələri sazın, sənətin əsl sənətkarın nüfuzunu aşağı salırlar. Yüngüllük edən, sırf populyarlığa hesablanmış hərəkətlərə yol verən o cür ifaçılara, ola bilsin, bəzi telekanallarda efir vaxtı ayrılır. Amma İctimai Televiziyada belə bir hal əsla mümkün deyil. Əvvəla, bu, rəhbərliyin mövqeyidir, həm tamaşaçı baxışına, zövqünə inandığımız geniş ziyalı kütləsinin rəyinə ciddi yanaşdığımız üçün bunu mütləq nəzərə alırıq. Dövlətimizin aşıq sənətinə olan böyük qayğısını hiss etdiyimiz üçün yüngül, ötəri, aldadıcı nəticələrdən qaçırıq, əsl sənətə, yetkin sənətkarlara meydan veririk.

Özünü aşıq kimi tanıdan, saz ifaçısı adıyla ortaya çıxıb əsl sənətdən tam uzaq işlərlə məşğul olan bəzilərinə hansısa teleradio kanalında efir verildiyinə görə isə çox təəssüflənirəm. Belələri onsuz da, gec-tez, gəldikləri yerə qayıdacaqlar, çünki elin gözü tərəzidir".

Sevinc MÜRVƏTQIZI 

 





22.10.2014    çap et  çap et