525.Az

“Ədəbi proses - 2013" elmi müşavirəsinin materialları nəşr olunub


 

 “Ədəbi proses - 2013" elmi müşavirəsinin materialları nəşr olunub<b style="color:red"></b>

Nizami adına Ədəbiyyat İnstitutunda bu il aprelin 2- keçirilmiş "Ədəbi proses - 2013" yaradıcılıq müşavirəsi Azərbaycan ədəbiyyatşünaslıq elmində son illərin ən mühüm hadisələrindən biri idi. Belə ki,  əsası  Nizami adına Ədəbiyyat İnstitutunda   qoyulmuş "Ədəbi proses" formatında yaradıcılıq müşavirəsi sonuncu dəfə 30 il qabaq, 1984- ildə keçirilib tədbirin materialları bir il sonra nəşr olunub.

"Ədəbi proses - 2013" Azərbaycan ədəbiyyatının müstəqillik dövrünə həsr olunmuş ilk yaradıcılıq müşavirəsi kimi mühüm əhəmiyyət kəsb edir. Bu yaradıcılıq müşavirəsinin aparıcı elmi-ideoloji istiqamətini azərbaycançılıq, millilik bəşərilik təşkil edib. O da xüsusi qeyd olunmalıdır ki, müşavirənin materialları  Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çapa təqdim edilərək tez bir zamanda toplu halında çap olunub. Toplunun "Ədəbi proses - 2013: ənənənin bərpası yeni mərhələ" adlı ön sözünün müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir.

Nəşrdə cari ildə şeir, poema, bədii nəsr, dramaturgiya, ədəbi tənqid, bədii publisistika, bədii tərcümə sahəsində   baş verən proses dəyişmələr, bu istiqamətdə aparılmış geniş elmi-nəzəri mahiyyət daşıyan məruzələr öz əksini tapıb. Topluya ədəbi tənqid şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Vaqif Yusiflinin "İlin ədəbi mənzərəsi", Nərgiz Cabbarlının "2013- ilin şeiri", filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimovanın "İlin poema yaradıcılığı (janrın qürubu, yoxsa ədəbi laqeydliyimiz?!)", filologiya üzrə elmlər doktoru Salidə Şərifovanın "Bədii nəsr", fəlsəfə üzrə elmlər doktoru Rahid Uluselin "Tənqid müasir ədəbi proses",  filologiya üzrə fəlsəfə doktoru Fidan Abdurəhmanovanın "Bədii tərcümə", filologiya üzrə elmlər doktoru, professor Aydın Dadaşovun "Dramaturgiya", filologiya üzrə fəlsəfə doktoru Elçin Mehrəliyevin "Bədii publisistika", filologiya üzrə fəlsəfə doktoru Esmira Fuadın (Şükürova) "Cənubi Azərbaycanda ədəbi mühit" mövzularında məruzələri daxil edilib.

"Hədəf nəşrləri"ndə nəfis şəkildə çap olunmuş bu toplu Azərbaycan ədəbi prosesini daha dərindən öyrənmək üçün böyük əhəmiyyətə malikdir.

 





22.10.2014    çap et  çap et