525.Az

"Gürcülər ermənilərlə elə davranır ki, sanki mövcudluqları Azərbaycandan yox, Ermənistandan asılıdır"


 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin "525"ə müsahibəsi

"Gürcülər ermənilərlə elə davranır ki, sanki mövcudluqları Azərbaycandan yox, Ermənistandan asılıdır"<b style="color:red"></b>

- Qüdrət müəllim, bugünlərdə "Avronest" Parlament Assambleyasının (PA) iclasında olmusunuz. İstərdik ilk öncə həmin iclas haqqında məlumat verərdiniz...

- Oktyabrın 16-da "Avronest" PA-ının Büro iclası keçirilməliydi. Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin sədri, millət vəkili Elxan Süleymanovun daha öncədən planlaşdırılan başqa tədbirləri olduğuna görə,  büro iclasının işinə qatıla bilmədi Azərbaycan nümayəndə heyətinin üzvü kimi bu toplantıda onu mən əvəz etməli oldum. Qeyd edim ki, büro iclasının keçiriləcəyi zaman kəsiyində mən başqa bir tədbirlə bağlı Brüsseldə olmalı idim. Belə bir səfər xeyli əvvəl nəzərdə tutulmuşdu. Bu səbəbdən, səfər çərçivəsində eyni zamanda bizim partiyanın Avropa Parlamentinin "Avropa Mühafizəkarları islahatçıları" qrupuna üzlüyü ilə bağlı müzakirələr apardım. Hesab edirəm ki, səfər bir neçə aspektdən əhəmiyyətli oldu. Belə ki "Avropa Mühafizəkarları islahatçıları" qrupunun rəhbərliyi ilə həm partiyamızın bu fraksiyaya üzvlüyü məsələsini müzakirə etdik, həm ölkəmizdəki regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi apardıq.
 
Qeyd edim ki, bu qrupda Gürcüstanın "Xristian-Demokrat Hərəkatı", Ermənistanın isə "Çiçəklənən Erməstan" partiyaları təmsil olunurlar. Yaxşı bilirik ki, Avropa Parlamentində qərarlar öncə qruplarda müzakirə edilir qəbul olunur, daha sonra isə plenar iclasa çıxarılır. Buna görə Avropa Parlamentinin qruplarında Azərbaycan partiyalarının təmsil olunması çox vacibdir. Hazırda Azərbaycandan yalnız Yeni Azərbaycan Partiyası (YAP)  Avropa Parlamentinin ən böyük qrupu olan Avropa Xalq Pariyası qrupunda müşahidəçi statusu ilə təmsil olunur. Digər 6 qrupda isə Azərbaycanı heç bir siyasi təşkilat təmsil etmir. Bu baxımdan, Avropa Parlamentinin qruplarında təmsilçilik ölkəmiz üçün son dərəcədə önəmli bir məsələdir.

- Bəs, "Avronest" PA-nın iclası necə keçdi, hansı məsələlər müzakirə olundu?

- Müzakirə olunan əsas məsələ "Avronest" PA-nın növbəti sessiyasının keçirilməsi ilə bağlı idi. Onu da deyim ki, bu sessiyanın Ermənistanda keçirilməsi nəzərdə tutulur. Bununla bağlı çıxışımda qeyd etdim ki, Azərbaycan nümayəndə heyəti "Avronest" PA-nın Ermənistanda keçirilən sessiyasının işinə qatılmayacaq.

Ona
görə ki, Ukraynanın Donesk Luqansk vilayətlərində baş verən hadisələrlə bağlı, eləcə Krımın ilhaqından sonra biz Qərbin hansı mövqeni nümayiş etdirdiyinin şahidi olduq. Bu reaksiyanın da bizim üçün yetərli olmadığını diqqətə çatdırdım qeyd etdim ki, Ukraynanın ərazi bütövlüyünə qarant duran dövlətlərin vaxtında daha sərt reaksiya verəcəklərini gözləyirdik. Baş verən hadisələr müstəvində növbəti dəfə özünü çox qabarıq şəkildə büruzə verən ikili standartların şahidi olduq. Biz Ukraynada baş verən hadisələrlə bağlı Qərbin reaksiyasını yetərli saymasaq da, ancaq konkret tədbirlərin, Rusiyaya qarşı sanksiyaların tətbiqinin şahidi olduq. Belə olduğu təqdirdə, sual olunur - hansı səbəbdən Azərbaycan torpaqlarının 20 faizini işğal edən bu ərazilərdə etnik təmizləmə siyasəti aparan Ermənistana qarşı sanksiyalar tətbiq olunmur? Halbuki ruslar Krımda etnik təmizləmə aparmayıblar. Ermənilər isə nəinki Azərbaycan torpaqlarını işğal ediblər, hətta bu ərazilərdə kütləvi qırğınlar törədiblər.

Buna görə Azərbaycan xalqı haqlı olaraq Azərbaycan hökumətindən siyasi partiyalardan tələb edir ki, beynəlxalq təşkilatlarda ölkənin maraqları daha sərt daha kəskin şəkildə qorunsun. Bu səbəbdən Ukrayna hadisələrindən sonra Azərbaycandakı vəziyyət tamamilə dəyişib. Azərbaycanı təmsil edən şəxslər, qurumlar xalqın tələbini nəzərə alıb bu problemləri lazım olan səviyyədə qaldıran kimi siz müxtəlif məsələləri bəhanə gətirib ölkəmizə qarşı təzyiq kampaniyasına başlayırsınız. Bu isə Azərbaycan üçün qəbulolunmazdır. Sizin ikili standartlar siyasətiniz məcbur edəcək ki, Azərbaycan özünün Avropa Parlamenti ilə əməkdaşlıq məsələlərinə yenidən baxsın. Ermənistanın nümayəndə heyətini göstərərək bildirdim ki, siz bunlara sanksiya tətbiq etmək əvəzinə, əksinə ErmənistandaAVRONESTPA-nın plenar iclasını keçirmək istəyirsiniz. Ermənistan bizim torpaqlarımızı işğal etməklə yanaşı həm BMT- Ukraynanın ərazi bütövlüyünün  əleyhinə səs verib. Yəni, ErmənistanŞərqTərəfdaşlığı Proqramı çərçivəsində, Avroatlantik məkana inteqrasiya müstəvisində tərəfdaş olduğu Ukraynanın ərazi bütövlüyünü BMT-nin Baş Məclisində dəstəkləməyib. Şimali Koreya, Belarus bəzi Cənubi Amerika dövlətləri ilə eyni sırada dayanıb. Bəs üçün ən azı "Avronest" PA səviyyəsində biz Ermənistanın hərəkətlərini pisləmir, baş verənlərə hüquqi-siyasi qiymət vermirik? Ermənistan nümayəndə heyətinin təmsilçiləri bildirdilər ki, guya onlar regionda sülhü qorumaq üçün bəzən qəlbən razı olmadıqları qərarlar qəbul etməyə məcbur olurlar. Ermənilərin bu cavabının qarşılığında qeyd etdim ki, Ermənistan sülhü deyil, mövcud status-kvonu qorumaq, eləcə işğalçılıq siyasətinin davamlı olaraq dəstəklənməsi üçün belə bir mövqedən çıxış edir.

Çox təəssüf ki, Ukrayna Gürcüstan nümayəndələri ənənələrinə uyğun çıxışlar etdilər dedilər ki, bura belə məsələlərin müzakirə olunacağı yer deyil. Amma sonradan, Ukraynada keçirələcək seçkilərin müzakirəsi zamanı bu ölkəni "Avronest" PA-da təmsil edən həm bu qurumun həmsədrlərindən biri olan Boris Tarasyuk Rusiyanın işğalçılıq siyasəti barədə uzun-uzadı söhbət açdı. Mən onun çıxışından sonra sual vermək üçün söz aldım ukraynalı həmsədrin mənim çıxışımdan sonrakı fikirlərini onun özünə xatırladaraq qeyd etdim ki, Tarasyukun da daha öncə dediyi kimi, biz bu məsələləri burada həll edə bilmərik. Mən Qarabağın işğalından danışanda Tarasyuk məsələni belə qoymuşdu həm bizi qınamışdı ki, Azərbaycan tərəfi AVRONEST PA-nın plenar iclasının ölkəmizdə keçirilməsinə razılıq verəndə, həm gələcəkdə belə bir sessiyanın Ermənistanda keçirilməsinə razılıq verib. Onların diqqətinə çatdırdım ki, mən öz çıxışımın əvvəlində burada bu tipli bəyanatların veriləcəyini bilirdim. Ona görə Ukrayna torpaqlarının işğalından sonra Azərbaycanda şəraitin dəyişdiyini xüsusi olaraq vurğuladım. Məhz bu səbəbdən biz bu gün Qərbdən tələb edirik ki, ikili standartlar siyasətinə son qoysunlar, Ermənistana işğalçı dövlət kimi sanksiyalar tətbiq etsinlər. Biz bunu tələb edirik, siz isə deyirsiniz gedək Ermənistanda AVRONEST PA-nın plenar iclasını keçirək.  Bu ölkə bizim ərazilərimizi işğal edib, başqa bir dövlətin ərazi bütövlüyünün əleyhinə səs verib, Avropa Birliyi ilə assosiativ sazişlə bağlı uzunmüddətli danışıqlar apararaq onları aldadıb, sonradan gedib Avrasiya İqtisadi İttifaqına qoşulub. Bütün bunlarda isə Ermənistanın yeganə məqsədi bölgədə status-kvonu qoruyub saxlamaq işğalçı siyasətə dəstək qazanmaqdır. Avropa Parlamentinin Azərbaycana olan təzyiqlərinə gəldikdə isə mən onları kəskin şəkildə qınadım. Dedim ki, zaman biz Ermənistana qarşı sanksiyaların tətbiqini tələb edirik, siz dərhal Azərbaycana qarşı təzyiq kampaniyasına başlayırsınız.
 
İndi Avropa Parlamenti qərar qəbul edib ki, əgər Azərbaycanda həbsdə olan 5-6 nəfər azadlığa buraxılmasa Avropa İttifaqı ölkəmizə yardımlarını dayandırsın. Yəni, Azərbaycana qarşı tətbiq olunsun. Sual etdim ki, 5-6 adamı həbsdə saxlamaq - hətta onlar bəzilərinin iddia etdiyi kimi qanunsuz həbs olunsalar da belə - ağır cinayətdi, yoxsa bir milyon insanı ev-eşiyindən didərgin salmaq? Bu insanlar nəinki evlərindən didərgin salınıb, onlara məxsus olan varsa dağıdılıb, evlərinin qapı-pəncərələrinədək sökülüb İrana satılıb. 23 ildir ki, işğal altında olan bu müddət ərzində baxımsız vəziyyətdə olan Sərsəng su anbarı ilə bağlı vəziyyəti onların nəzərinə çatdırdım. Qeyd etdim ki, bu anbarın aşağı hissəsində 400 min insan yaşayır. Bu anbarda işğalçı ölkə özü cari təmir işləri aparır, Azərbaycana belə bir imkan vermir. Günün birində bu anbarla bağlı hər hansı bir fəlakət baş versə Ermənistan tərəfi deyəcək ki, bilirsiniz, təbii fəlakət baş verdi 400 min azərbaycanlı öz həyatını itirdi. Məsuliyyəti öz boyunlarından atacaqlar. Siz bütün bunlara heç bir reaksiya vermirsiniz. Naxçıvan uzun illərdir ki blokada vəziyyətində saxlanılır. Siz bütün bunların səbəbkarı olan Ermənistana sanksiya tələb etmək əvəzinə Azərbaycana sanksiya tətbiq edilməsi tələbi ilə çıxış edirsiniz. Bildirdim ki, bu münasibət Azərbaycanda çox ciddi narazılıqlara səbəb olub belə davam edəcəyi təqdirdə biz Avropa Parlamenti ilə münasibətlərimizə yenidən baxa bilərik.
 
Ermənistanın işğalçılıq destruktiv siyasəti ortalıqdadır. Amma ikitərəfli görüşlər zamanı mənə dedilər ki, Ermənistanla Avropanın ortaq mədəni yaxınlığı var. Dedim ki, o zaman Ermənistan üçün qonşu İranla,Türkiyə Rusiya ilə, eləcə Avropa İttifaqı ilə iqtisadi əlaqələrinin səviyyəsini açıqlamır? Bağlı qapılar arxasında hər zaman bir xristian dövləti olaraq Türkiyənin, İranın Azərbaycanın əhatəsində olmalarından şikayətlənirlər, öz işğalçılıq siyasətlərinə dəstək istəyirlər. Amma baxın, görün Ermənistanın hərbi-siyasi, iqtisadi müttəfiqləri hansı ölkələrdir: Türkiyə ilə sərhədləri bağlı olsa da, araşdırın görün Ermənistanın bu ölkə ilə Gürcüstan üzərində gerçəkləşdirilən iqtisadi əlaqələri hansı səviyyədədir. İrandan isə Ermənistana təbii qaz, neft kəməri, dəmir yol xətti çəkilir. Ermənistanı yaşadan bu ölkələrdir. Ermənilər bu məsələlərdə manipulyasiya edirlər təəssüf ki, bizim Avropadan olan həmkarlarımız, siyasətçilər, diplomatlar onların bu siyasətinə dəstək verirlər.

- Çıxışınıza qarşı tərəfdən hər hansı bir reaksiya verildimi?

- Avropa Parlamentindən olan heç bir büro üzvü müsbət, mənfi mənada səsləndirdiyim iradlara reaksiya vermədi. Amma Tarasyukdan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini açıqlamağı tələb edəndən sonra o, bildirdi ki, Ukrayna Qarabağın işğal olunmasını vaxtilə bəyan edib onlar indi bu mövqedədirlər. Amma Ermənistanın hərəkətlərinin pislənilməsi barədə qərarın qəbulu, yaxud plenar iclasın Ermənistanda keçirilməsindən imtina olunması barədə hər hansı bir fikir bildirmədi. Ən çox narahatlıq doğuran Gürcüstan nümayəndələrinin mövqeyidir. Gürcü təmsilçilər hər zaman kluarlarda bizə tamamilə başqa sözlər deyirlər, əminəm ki, ermənilərlə görüşəndə tamamilə başqa fikirlər səsləndirirlər. Yeri gələndə, imkan yarananda da Ermənistanı müdafiə edirlər. Bu ölkənin Azərbaycana münasibətdə yürütdüyü siyasət qeyri-səmimi riyakar siyasətdir. Baxmayaraq ki, Gürcüstanla münasibətlər bizim üçün strateji əhəmiyyət daşıyır, amma mən hər zaman demişəm bu gün deyirəm ki, Ermənistan nümayəndə heyəti ilə görüşlərdə Gürcüstan təmsilçiləri onlarla elə davranırdılar ki, sanki mövcudluqları Azərbaycandan yox, Ermənistandan asılıdır.

KAMİL

 





22.10.2014    çap et  çap et