525.Az

"Kimin kim olduğu bilinməlidir"


 

Tanınmış telejurnalist Telli Pənahqızının "525"ə müsahibəsi

"Kimin kim olduğu bilinməlidir"<b style="color:red"></b>

-Telli xanım, Siz uzun illər televiziyada çalışmısınız, Azərbaycanın tanınmış telejurnalistlərindənsiniz. Bu illər ərzində televiziyalarımızla bağlı xeyli tənqidi fikirlər səslənməkdədir. Bu tənqidləri əsaslı haqlı sayırsınızmı? Televiziyalarımızda televiziya jurnalistlərimizdə nələr çatışmır?

- Əslində mövzuya "qane etmir" deyib qara möhür vurmaq istəməzdim. Çünki bizdən sonra gələn, yəni nəfəsini, hənirtisini duydığumuz nəsillə bizim aramızda cəmi 5-10 il fərq ola ya olmaya. Onların sırasında da güclü qələmi, analitik təhlil qabiliyyəti, faktları ümumiləşdirmə bacarığı ilə seçilən həmkarlarım var. Kimisə unutmaqdan ehtiyatlandığım üçün konkret ad çəkmək istəmirəm! Ancaq lakin... bu sözləri yeni, şoulaşmış, yalnız qeybətlər, intriqalar, ailə davaları reytinq xatirinə bu sahəyə cəlb edilən ya təsadüfən gələnlər haqqında deyə bilmərəm. Mən jurnalistikanı şouya çevirən belələrindən ciddi jurnalistika gözləmirəm. Yəqin bu, bu xaos hələ bir müddət belə davam edəcək! Təəssüf edirəm ki, bir vaxtlar oxucusuna, tamaşaçısına yüksək dəyərlər, ədəb-ərkan təlqin edən, onu maarifləndirməyə çalışan, gənc nəsli ədəbə-ürfana çağıran KİV, bu gün orta məktəbi güc- bəla ilə bitirən, texniki effektlərin köməyi ilə özünə "səs" düzəldən bu səsi "qoltuğuna vurub" sponsorlarının köməyi ilə efirə-ekrana yol tapan çox qısa vaxtda " populyarlaşdırılan" , utanıb- çəkinmədən özünü "sənətkar", " ulduz" adlandıranların oyuncağına çevrilib . Azərbaycandakı özəl kanalların əksəriyyəti "reytinq" qazanmaq üçün məhz bu yolu seçib: "efirdə istəyirsən danış, kimi kiminlə istəyirsən üz- üzə qoy, olay yarat, təki şirkətə pul qazandır!" Qalan bütün dəyərlər pul qazanmağın fonunda heç gözə görünmür!

- Həm mətbuatımızda, həm televiziyalarımızda Azərbaycan dilindən- rəsmi dövlət dilindən istifadə qaydaları da cəmiyyətin müzakirə polemika mövzusu olan məsələlərindəndir. Siz bu haqda deyərdiniz? Sizcə, KİV- ləhcədən, şivədən, dialektdən geninə-boluna istifadə dərəcədə düzgündür?

- Bəlkə sualınızın ikinci hissəsini belə formalaşdıraq: rəsmi dövlət dilini, efirdə ekranda ədəbi dildən istifadə etməyənlər barədə tədbir görməyən, bu neqativ halların qarşısını almağa cavabdeh olan adamlar bunu niyə etmirlər? Azərbaycan dilinin qorunması istifadə dairəsinin genişlənməsinə hər bir vətəndaşımız əməl nəzarət etməlidir! Məni təəccübləndirən bir məsələnin cavabını illər boyu tapa bilmirəm: Azərbaycanda doğulan, böyüyən, ömrünü burada yaşayan, hər gün azərbaycanlılarla ünsiyyətdə olanlar niyə mənim dövlətimin dilinə yuxarıdan aşağı baxır, onu öyrənmək istəmir, dili bilsə belə, Azərbaycan dilində danışmağı şəninə sığışdırmır? hamıı da bunu görməzdən gəlir. Bəli, Azərbaycan sivil mədəni, tolerant bəşəri ideallarla yaşayan müasir dövlətdir, bütün vətəndaşlarına milliyyətindən dinindən asılı olmayaraq hörmət məhəbbətlə yanaşır, qayğısına qalır, hüquqlarını qoruyur! Bəs bu böyüklüyün qayğının cavabında bu boyda biganəliyə ad verək? Bu məsələnın bir tərəfi. Digər tərəfdən dili zəif bilən, söz ehtiyatı yetərincə olmayan, jurnalistikaya, dediyim kimi təsadüfən ya məşhurlaşmaq xatirinə gələnlərin əksəriyyətinin ədəbi dilin norma qanunlarından xəbəri yoxdur. Ekran efirdə işləyən, veriliş aparan hər kəs bilməlidir ki, ona etibar olunan tribunanın məsuliyyəti çox böyükdür! Çox təəssüf ki, bu gün aparıcıların ekspert qismində tele radio verilişlərə dəvət edilənlərin ləhcəsi adamda sözün həqiqi mənasında qıcıq yaradır. Dilin gözəlliyindən danışan adamın dil qabiliyyəti, səs ahəngi (diksiyası) gözəl deyil. Məlumdur ki, Azərbaycanın müxtəlif bölgələrini təmsil edən soydaşlarımızın öz ləhcəsi dialekti var, onların yanında olanda, onlarla söhbət edəndə bu rəngarənglik sənə cəlbedici görünür. Amma bu o demək deyil ki, bu danışıq efirə gətirilməli, efirin dilinə çevrilməlidir. Bir anlıq belə bir mənzərəni gözünüz önünə gətirin: təsəvvür edin ki, dünyanın bütün kanallarında çalışan aparıcıların hər biri öz ləhcəsində, dialektində danışır! Onda bu xaosa siz tamaşaçı dinləyici kimi necə reaksiya verərdiniz? Bizim zəngin diktorluq məktəbimiz olub! Bir zamanlar tamaşaçı dinləyicilər , gənc aparıcı jurnalistlər , efirlə yaxından- uzaqdan əlaqəsi olanlar da, hətta adi tamaşaçılar- müxtəlif peşə sahibləri olan insanlar Aydın Qaradağlı, Ofeliya Sənani, Roza Tağıyeva, Rafiq Hüseynov, Gültəkin Cabbarlı, Sabir Ələsgərov, Züleyxa Hacıyeva, Yusif Muxtarov, Əli Məmmədov, Qara Tağızadə, Eldost Bayramov kimi sənətkarlardan danışmaq, mətni oxumaq, müsahibi ilə ünsiyyət qurmaq kimi vacib məsələləri öyrənir, onlara bənzəməyə çalışırdılar. Bəli, biz artıq 21-ci əsrdə yaşayırıq, bəli, çox şeylər dəyişib, inkişaf edib, bəli, indikilər dünənki tarixə keçmiş, köhnəlik kimi baxırlar bəzən! Amma bizim bu dəyərli cavanlarımız bir həqiqəti unudurlar ki, keçmişi olmayanın gələcəyi olmaz! Belə bir el məsəli var: "keçmişinə güllə atanı, gələcək topa tutar!" Odur ki, dilimizi mükəmməl öyrənmək, onu sevmək sevdirmək üçün hər kəs öz evindən, öz ailəsindən başlamalıdır, efir ekrandan bizə söz demək etibar edilənlər başa düşməlidir ki, o evlərin çağrılımamış, ancaq yolu həmişə gözlənilən qonağıdır, qonaq da evin yuxarı başındakı yerinin qiymətini məsuliyyətini anlamalıdır! Ləhcə ilə, dialektlə, bir sözlə, hərcayi danışmaq adını ziyalı qoyan adamlara heç yaraşmaz!

- Telekanallarımızda daha çox hansı yönümlü verilişlərə, proqramlara ehtiyac duyulur?

- O qədər mövzular var ki... Əgər müğənniciklərdən camaatın əsəblərini bəzi insanların ailə dramının biabırçı müzakirəsindən qoruya bilən, reytinq xatirinə yox, sözün əsl mənasında tamaşaçıya milli- mənəvi dəyərlər aşılayan verilişlər hazırlamağa qadir olan (əminəm ki, belələri var!) gənc dostlarımızın sayı artsa, bu problem yavaş- yavaş öz həllini tapacaq! İnsanların bu gün bütün sahələrdə maariflənməyə daha çox ehtiyacı var! Bizim öz insanlarımızı tanımağa haqqımız var, bu insanlar da təkcə çalıb oxuyanlar, oynayanlardan ibarət deyil.

- Yeri gəlmişkən, milli teleseriallarımızla bağlı fikirlərinizi bilmək maraqlı olardı...Sizcə, nəyə görə Azərbaycan izləyicisi öz seriallarımızı deyil, daha çox Türkiyə Latın Amerikası ölkələri seriallarını izləməyə üstünlük verirlər?

-Teleseriallara baxmıram ara- sıra gördüyüm səhnələr primitiv dialoqları, zəif rejissor yozumu, aktyor oyunu, operator işi ilə məni heyrətə gətirir...

- Şou-biznesə münasibətiniz bu yöndə qanunun qəbul olunması yönündə fikirlərlə bağlı nələri demək istərdiniz?

- Nəhayət ki, bu sahədə tutarlı ciddi bir addım atmağın vaxtı çatıb! Kimin kim olduğu, kimin harada hansı sırada dayanmağa haqqı çatdığı bəlli olmalıdır. Bayağı mahnılar, zəif musiqilər ekrana, efirə yol tapmamalıdır! Xalqın gələcəyini etibar edəcəyimiz gənclik müasir , milli dünyəvi dəyərlərin təbliğinə çalışmalıdır!

Kamil HƏMZƏOĞLU

 





22.10.2014    çap et  çap et