525.Az

Ermənistan Azərbaycana qarşı növbəti təxribata hazırlaşır


 

PARİS GÖRÜŞÜ ƏRƏFƏSİNDƏ ERMƏNİLƏRİN HİYLƏGƏR ADDIMLAR ATMASI ONLARIN XİSLƏTİNİ ORTAYA QOYUR

Ermənistan Azərbaycana qarşı növbəti təxribata hazırlaşır<b style="color:red"></b>

Kəlbəcərdə tutularaq girov götürülən Dilqəm Əhmədovla Şahbaz Quliyevin məhkəməsi  oktyabrın 27- təyin edilib. Həmin tarixdə Azərbaycan Ermənistan prezidentləri Parisdə Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində görüş keçirəcək.

Qondarma
respublika tərəfindən Xankəndində baş tutacaq məhkəmə prosesində ermənilərin diversant adlandırdığı həmvətənlərimiz "casusluq" digər maddələrlə ittiham olunacaqlar. Şübhə yoxdur ki, bu addımla Sarkisyan Paris görüşündə girovların məhkəməsinə diqqəti yönəldərək Azərbaycanı ittiham etmək üçün əlində əsas yaratmağa çalışacaq. İşğalçı rejimin bu cür təxribata əl atması onu göstərir ki, Sarkisyan münaqişənin həllində heç maraqlı deyil Paris görüşünü sıradan bir görüşə çevirmək istəyir.

Məsələyə münasibət bildirən politoloq Məhərrəm Zülfüqarlının "525"ə bildirdiyinə görə, Paris görüşü ərəfəsində ermənilərin hiyləgər addımlar atması onların xislətini ortaya qoyur. O bildirib ki, belə hərəkətlərin heç bir əhəmiyyəti yoxdur: "Əgər Avropa Şurası Azərbaycanın Dağlıq Qarabağ digər işğal olunmuş əraziləri üzrə məruzəçi təyin edibsə, bu artıq böyük irəliləyişlərin olduğundan xəbər verir. Bu cür təxribat törətməklə Sarkisyan Azərbaycanın artan nüfuzuna xələl gətirməyə çalışır. Dünya tərəfindən Azərbaycanın haqq işi tanındıqca, Ermənistan fikirləri qarışdırmaqla, qarşı tərəfdə günah axtarmaqla məşğuldur. Artıq Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın Dağlıq Qarabağ digər işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı məruzəçi təyin edilməsi bir daha sübut edir ki, Avropa Ermənistanı işğalçı dövlət kimi tanıyır".

İşğalçı rejimin Rusiyadan aslı dövlət olduğunu deyən M.Zülfüqarlı qeyd edib ki, Ermənistan şimal qonşularımızın icazəsi olmadan heç bir hərəkət edə bilmir: "Sarkisyan bu cür ara qarışdırmaqla - imitasiyalar etməklə nəyəsə nail olmağa çalışır. Ancaq bunun heç bir xeyri olmayacaq. Azərbaycan artıq güclü mövqeyə malikdir. İqtisadiyyatımız günü-gündən inkişaf edir. Uğrulu siyasətimizin nəticəsi olaraq, Qərb ölkələri Amerika Birləşmiş Ştatları Azərbaycanın haqlı olduğuna bir daha əmin olacaq".

Politoloq əlavə edib ki, Paris görüşündən böyük nəticələr gözləmir. O, hesab edir ki, belə düşünmək sadəlövhlük olar: "Hər halda əvvəlki dövrlərdən fərqli olaraq, nüfuzlu beynəlxalq qurumların Azərbaycanın haqq işinə dəstək verməsi rəsmi Bakının mövqeyinin güclənməsindən xəbər verir".

Politoloq Qabil Hüseynli azərbaycanlı girovların Xankəndində baş tutacaq məhkəmə işinin qanunsuz olduğunu bildirib. O qeyd edib ki, məhkəmə prosesi qondarma respublika tərəfindən keçirilir ki, bu qurumun da müstəqilliyi heç bir dövlət tərəfindən tanınmır: "Azərbaycanın işğal edilmiş əraziləri" adlı termin mövcuddur. Dünya ölkələri üzrə ən böyük təşkilat olan BMT işğal olunmuş torpaqları Azərbaycanın ərazisi kimi tanıyır. Dilqəm Əhmədovla Şahbaz Quliyev Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə qohumlarının qəbirlərini ziyarət edərkən tutulublar. Bunlar girovların diversant olmadığını sübut edən bəraətverici faktlardır. Sarkisyan bu addımla beynəlxalq konvensiyaları kobud şəkildə pozur.

Q.Hüseynli hesab edir ki, dünya ölkələrinin bölgədə sülh yaratma prosesinə töhfə vermək istədiyi bir vaxtda ermənilərin bu cür təxribata əl atması onu deməyə əsas verir ki, qondarma respublikanın rəhbərliyi ilə Ermənistan bu məsələyə əhəmiyyət vermir. Əksinə olaraq, qeyri-konstruktiv siyasət aparmağa davam edirlər. Politoloqun sözlərinə görə, bununla da tərəflərin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində keçirdiyi Paris görüşündə sülh yaratma prosesinə mane olmaq istəyirlər.

Ortada Rusiya faktoru olduğunu xatırladan Q.Hüseynli buna görə Paris görüşünə böyük ümid bəsləmədiyini bildirib. O,qeyd edib ki, münaqişənin nizama salınmasında əsas amil kimi rəsmi Moskvanı görür: "Ermənistan rəhbərliyi şimal qonşularımızın təlimatları üzrə hərəkət edir. Rusiya imkan verməyəcək ki, özü ola-ola sülhyaratma prosesində digər dövlətin vasitəçiliyi ilə hər hansı bir irəliləyiş olsun. Xüsusilə , razı olmayacaq ki, münaqişənin həlli kompramtasiyada olduğu bir dövlətin adı ilə bağlı olsun".

Ceyhun ABASOV

 





22.10.2014    çap et  çap et