525.Az

İlham Əliyev Ümumhəmkarlar İttifaqları Konfederasiyasının prezidentini qəbul edib


 

İlham Əliyev Ümumhəmkarlar İttifaqları Konfederasiyasının prezidentini qəbul edib<b style="color:red"></b> Oktyabrın 22-də prezident İlham Əliyev Ümumhəmkarlar İttifaqları Konfederasiyasının prezidenti, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Mixail Şmakovu və Ümumhəmkarlar İttifaqları Konfederasiyanın baş katibi Vladimir Şerbakovu qəbul edib.
 
525.az-ın AzərTAc-a istinadən məlumatına görə, görüşdə Ümumhəmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin Bakıda keçirilən növbəti iclasının beynəlxalq əməkdaşlıq baxımından önəmi vurğulanıb.

Azərbaycan ilə Ümumhəmkarlar İttifaqları Konfederasiyası və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edildi, əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
 





22.10.2014    çap et  çap et