525.Az

Elmar Məmmədyarov Albaniya parlamentinin sədri ilə görüşüb


 

Elmar Məmmədyarov Albaniya parlamentinin sədri ilə görüşüb<b style="color:red"></b>

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 21-də Albaniya parlamentinin sədri İlir Metanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsində parlamentlərarası əlaqələrin mühüm əhəmiyyətə malik olduğu qeyd edilib.
 
Trans-Adriatik boru xətti layihəsinin həyata keçirilməsinin Albaniya və ümumiyyətlə, region üçün mühüm əhəmiyyət daşıdığı və qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar açdığı vurğulanıb.  Tirana Universiteti ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq haqqında Memorandumun imzalanmasının ölkələrimiz arasında təhsil və humanitar sahələrdə əməkdaşlıq üçün mühüm addım olduğu bildirilib.
 
Görüşdə turizm, infrastruktur, sərmayələr və müqavilə-hüquq bazasının genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 





22.10.2014    çap et  çap et