525.Az

"7 gözəl" ilk dəfə ABŞ-da


 

"7 gözəl" ilk dəfə ABŞ-da<b style="color:red"></b>

Kaliforniya qubernatoru Edmund Cerri Braun oktyabr ayının 11-də “Yeddi Gözəl” baletinin ştatda səhnələşdirilməsi ilə bağlı bu gün təbrik bəyanatı verib.
 
Lent.az-ın məlumatına görə, bəyanatda qubernator sözügedən baletin uğurlu nümayişinə görə Mədəniyyət və Turizm Nazirliyini və Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunu təbrik edib.
 
Həmçinin, qubernator “Yeddi Gözəl” baletinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin eyniadlı əsəri əsasında 1952-ci ildə Qara Qarayev tərəfindən bəstələndiyini, baletdə etnik müxtəlifliyin, fərqli mədəniyyətlərin gözəlliyinin və qadın müdrikliyinin tərənnüm edildiyini vurğulayıb.
 
Qeyd edək ki, “Yeddi gözəl” baleti  Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və təşkilatçılığı və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin hərtərəfli dəstəyi ilə ilk dəfə ABŞ-ın Kaliforniya ştatında nümayiş etdirilib.

 





22.10.2014    çap et  çap et