525.Az

Messi Ronaldoya çatdı


 

Messi Ronaldoya çatdı<b style="color:red"></b> Çempionlar Liqasının qrup mərhələsinin III turunda “Ayaks”la görüşdə (2:0) fərqlənən Lionel Messi üçün vurduğu qol əlamətdar olub.
 
525.az-ın Qol.Az-a istinadən verdiyi məlumata görə, ÇL-da  69-cu dəfə fərqlənən argentinalı hücumçu  qol sayını Madrid “Real”ının futbolçusu Kriştiano Ronaldoya çatdırıb.
 
İndi hər iki futbolçu sözügedən turnirdə 69 qola imza atıb.
 
Qeyd edək ki, ÇL-da ən çox qol vuran “Real”ın sabiq hücumçusu Raul Qonzalesdir. İspaniyalı futbolçu qitənin bir nömrəli klub turnirində 71 dəfə fərqlənib.
 





22.10.2014    çap et  çap et