525.Az

Gəncəyə beş milyon manat ayrıldı


 

Gəncəyə beş milyon manat ayrıldı<b style="color:red"></b>

Prezident İlham Əliyev Gəncənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
 
525.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, Gəncənin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Gəncə Şəhər İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

 





21.10.2014    çap et  çap et