525.Az

BMT-də Bakı- 2015 Avropa oyunlarının təqdimatı olub


 

BMT-də Bakı- 2015 Avropa oyunlarının təqdimatı olub<b style="color:red"></b> Bakı - 2015 Avropa Oyunlarının təqdimatı keçirilib.

Lent.az-ın məlumatına görə, ABŞ-ın Nyu-York şəhərində yerləşən BMT-nin Baş Asambleyasında baş tutan təqdimatda Gənclər və idman naziri Azad Rəhimov “İnkişaf və sülh naminə idman” mövzusunda çıxış edib.
Nazir həmçinin qonaqlarla birlikdə nahar edib, Avropa Oyunları haqqında əsas faktlardan danışıb:

“Azərbaycan dünyada idman dövləti kimi tanınmağa başlayır. Ölkəmiz böyük tədbirlərə ev sahibliyi etməklə mühüm təcrübə qazanmışdır”.

O bildirib ki, 17 gün ərzində davam edəcək Avropa Oyunlarında Avropadan 6000-dən çox idmançı 20 idman növündə sülh, ədalət, dostluq və birlik prinsipləri əsasında yarışacaqlar.

Azad Rəhimov, həmçinin Birləşmiş Millətlər Təşkilatının 69-cu Baş Assambleyasının prezidenti cənab Sam Kutesa ilə görüş keçirib. Rəsmilər 28-30 oktyabr 2014-cü il tarixləri arasında Bakıda keçiriləcək gənclər siyasəti mövzusunda Birinci Qlobal Forumun əhəmiyyətini müzakirə ediblər.
 





21.10.2014    çap et  çap et