525.Az

Tələbələr rektorun müşaviri oldu


 

Tələbələr rektorun müşaviri oldu<b style="color:red"></b> Azərbaycanda ilk dəfə  rektorun müşaviri vəzifəsinə tələbə təyin olunub.

Ali məktəbdən Lent.az-a verilən məlumata görə, Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyevin əmri ilə Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin 2-ci kurs tələbəsi Elcan Məmmədov rektorun sosial məsələlər və tələbələrlə iş üzrə müşaviri təyin olunub.

BSU-nun rektorunun digər əmri ilə Ali Eren Bugay informasiya və kommunikasiya texnologiyaları və reklam üzrə 2-ci rektor müşaviri təyin edilib.
 
Bundan başqa universitetdə ingilis filologiyası üzrə təhsil alan Ayşad Əsgərli də müşavir təyin edilib.
 





21.10.2014    çap et  çap et