525.Az

AFFA "Bakı"nın məşqçisi, inzibatçısı və futbolçusunu cəzalandırdı


 

AFFA "Bakı"nın məşqçisi, inzibatçısı və futbolçusunu cəzalandırdı<b style="color:red"></b> AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda Premyer Liqanın 8-ci turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.

Oktyabrın 17-də Premyer Liqanın VIII turunun “Sumqayıt” - “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

“Qarabağ” - “Qəbələ” matçında “Qarabağ” klubunun 4, “Qəbələ” klubunun isə 5 futbolçusu sarı vərəqə ilə
cəzalandığı üçün hər iki klub 1000 manat cərimə edilib.

Oktyabrın 18-də “Araz Naxçıvan” - AZAL matçında “Araz Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə
cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oktyabrın 19-da “Xəzər Lənkəran” - “Bakı” matçında “Bakı” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 69-cu dəqiqəsində “Bakı” klubunun 21 №-li futbolçusu Elşad Manafov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Oyunun 30-cu dəqiqəsində “Bakı” klubunun məşqçisi Zekir Muarrem və inzibatçısı Vüqar Əliyev hakimlər briqadasın təhqir etdiklərinə görə hər biri 5 oyun cəzalanıb, klub 10000 manat cərimə olunub.
 





21.10.2014    çap et  çap et