525.Az

Yanıq Mərkəzinin müdiri tutduğu vəzifədən istefa verib


 

Yanıq Mərkəzinin müdiri tutduğu vəzifədən istefa verib<b style="color:red"></b>

Respublika Yanıq Mərkəzinin müdiri Vüqar Ələkbərov tutduğu vəzifədən istefa verib.

Bu barədə APA-ya açıqlama verən V. Ələkbərov öz istəyi və ərizəsi ilə işdən ayrıldığını deyib.
 
Onun sözlərinə görə Respublika Yanıq Mərkəzi üçün lazım olan vəsait və avadanlıq alınmayıb: “Özüm ərizəmi yazaraq işdən çıxdım”.
 
Məsələyə münasibət bildirən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Vüqar Ələkbərovun söylədiklərini cəfəngiyat adlandırıb: “Mərkəz bütün lazımi aparatlarla, dərmanla təchiz olunur. O, fəaliyyətini plastik cərrahiyyə şöbəsində həkim kimi davam etdirəcək”.
 
Respublika Yanıq Mərkəzinə isə Şöhrət Məmmədov müdir təyin olunub.

 





21.10.2014    çap et  çap et