525.Az

ABŞ Dövlət Departamentinin nümayəndəsi Bakıda KİV rəhbərləri ilə görüşüb


 

ABŞ Dövlət Departamentinin nümayəndəsi Bakıda KİV rəhbərləri ilə görüşüb<b style="color:red"></b>

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya ölkələrinə Amerika yardımı üzrə ofisinin Avrasiya şöbəsinin direktor müavini Noy Kristal oktyabrın 21-də Bakıda bir sıra kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb.

ABŞ səfirliyinin mətbuat xidmətindən “Turan”a verilən məlumata görə, görüşdə medianın vəziyyəti və problemləri, həmçinin söz azadlığının vəziyyəti müzakirə olunub.

Görüşdə iştirak edən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu “Musavat.com”a deyib ki, Noy Kristal və digər ABŞ təmsilçiləri ilə keçirilən görüşdə KİV rəhbərləri mətbuatın problemlərindən danışıblar, qarşı tərəf isə əsasən dinləyib və fikir bildirməyib.

Görüşdə “Yeni Müsavat”, “Azadlıq”, “Ayna-Zerkalo” qəzetlərinin rəhbərləri, “Azadlıq” və “Amerikanın səsi” radiolarının Bakıdakı ofislərinin təmsilçiləri və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun nümayəndəsi iştirak ediblər.

Qeyri-rəsmi məlumatlara görə, Noy Kristal bir sıra rəsmi şəxslərlə də görüşlər keçirib.

 





21.10.2014    çap et  çap et