525.Az

Müslüm Maqomayev haqqında film çəkildi


 

Müslüm Maqomayev haqqında film çəkildi<b style="color:red"></b> Oktyabrın 24-də dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevə həsr olunmuş “Müslüm Maqomayev haqqında xatirələr” sənədli filminin təqdimatı olacaq.
 
Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, “Salnamə” studiyasında çəkilən filmin ssenari müəllifi və rejissoru xalq artisti Tofiq İsmayılovdur.

Azərbaycan və Rusiyanın görkəmli sənət adamlarının və M. Maqomayevin yaxın dostlarının onun haqqında xatirələrinin, sənətkarın müxtəlif illərdəki ən gözəl ifalarının, ilk dəfə nümayiş olunacaq kinoxronika kadrlarının yer aldığı filmin musiqi məsləhətçisi Tamara Sinyavskaya, səs rejissoru, Azad Vəliyev, operatorları Rafiq Quliyev, İqor Boqdanov, Ziya Babayev, Andrey Lebedyev, Anatoliy Petrov, musiqi redaktoru Sevinc Rzayeva, redaktor Ramiz Əliyev, icraçı prodüserləri Kamil Məmmədov və Tofiq Musayevdir.

Təqdimat saat 19:00-da Nizami Kino Mərkəzində keçiriləcək.
 





21.10.2014    çap et  çap et