525.Az

Validə, Valya, Valyuş...


 

MƏNİM BİR DOSTUM VAR...

Validə, Valya, Valyuş...<b style="color:red"></b>

Validə Ağabala qızı Abdullayeva Azərbaycanın müstəqillik tarixində ilk mühafizəçi qadın kimi qalacaq. Bu yazı onun tarixdəki deyil, mənim ürəyimdəki yerindən danışır.

 

Valyuş, salam! Ad günün mübarək. İşdən tez gəlmişəm, daha doğrusu, qaçmışam. Axtarsalar, deyəcəyəm ki, dostumun ad günüdür, getməliydim. Düzünü deyirəm. Bu gün işdən sənə görə qaçmışam. Sənin ad gününü səninlə qeyd etməyə tələsirdim. Bunu dünən etdim, sabaha saxlaya bilərəm. Neçə gündür ki, oktyabrın 15-i gözləyirəm. Amma heç kimə deməmişəm ki, Validənin 50 yaşıdır. Heeeççç kimə. Bunun kimsəyə dəxli yox. Bu, bizim günümüzdür.


Yar
bizə qonaq gələcək, gülüm,

Bilmirəm vaxt gələcək, gülüm,

Söz verib bu gün gələcək...


Sən
oxuyursan.  Mən oxuya bilmirəm. Səsim yoxdur, qulaq duyumum ondan da betər. Sənin gözəl səsin var. Məqamına görə mahnıları elə rahatlıqla seçirsən ki...


Mənim
səsim olmasa da, sənin havana köklənmişəm.  Valyuş, bu yerdə icazə ver, bir az dəqiqləşdirim. Belə çıxır ki, sənin havana bu gün köklənmişəm. Yox, əslində, bu belə deyil. Sənin havan mənim başımdan çıxdımı ki, ona yenidən köklənim?...


Bir
təklifim var. Gəl ad gününü səssiz qeyd edək. Susaq. Biz səninlə sükutü bölüşə bilirik axı.  Bilgəhdə qayaların üstündə bölüşdüyümüz kimi.  Axşamlar saatlarla ulduzlara baxırdıq, ayağımızın altında dəniz qaralırdı. Sən sükutu Şekspirlə pozurdun. Deyirdim  ki, məni bağışla, mən Şekspiri sevmirəm. Onda sən başlayırdın oxumağa... Mən susurdum... Biz səninlə bu məqamda necə incə məxluqlardıq, İlahi...

Bizi həmin anlarda görən olsa idi, ağlına da gətirməzdi ki, elə sabah MTN-nin istirahət evi ilə Kardiologiya İnstitutu arasındakı hasarı bir göz qırpımında aşa bilərik. Sənin müəllimən, orda müalicə olunan Zeynəb xanıma dəymək üçün biz yolların kəsəsini seçmişdik....


Bax
bu, əsl dincəlmək idi... Ürəyimiz istəyəni edirdik. sən qaçırdın, mən. Amma ikimiz qaçmasaydıq, heç bir-birimizi tapardıqmı?


Tansu
Çillərin Bakıya səfəri. Hansısa bankın açılışı idi. Mən prezidentin ardınca  qırmızı lent kəsilən kimi içəri keçmək istəyirdim. Birdən kimsə qolumdan tutdu: "Səni mənə tapşırıblar"- dedi. Arıq bir qız idi, üstü xırda güllü çit paltar geymişdi. Bu sən idin. Mən əlini xatlrlayıram, mənim biləyimdən tutan güclü əlini. Sonralar qədər qolumdan, əlimdən tutacaqdın, Valyuş...


Hər
şeyi, bəlkə , unudaram mən

Əllərin, əllərin çıxmır yadımdan...

Göyərçin əllərin, sənin əllərin...


Məni
heç vaxt darda qoymayan əllərin. Həmişə manikürlü, gümüş üzüklü. Bu əllər bizi yoxlayırdı, üstümüzü-başımızı, çantalarımızı. Mənim üçün sənin əllərinin bir təyinatı da bu idi: yoxlamaq... Günlərin birində Valyuş, sən bizdə idin. Məndən nəsə istədin. Dedim ki, çantamdadır, götür. Sən çantamı götürüb yanıma gəldin. "Özün götür", - dedin. Güldüm, dedim ki, Valyuş, sənin işin ki, bizim çantaları yoxlamaqdır, mənim çantamı isə Allah bilir qədər yoxlamısan... Valyuş, bilirsən mən o hadisəni qədər dost-tanışa danışmışam. Bilirsənmi niyə?Sənin sərhədləri duya bilən insan olduğuna bundan gözəl misal ola bilməz... Bu indi çooox nadir keyfiyyətdir. Sən bir dəfə olsun, mənə artıq sual verməmisən. Bir dəfə olsun artıq şey soruşmamısan...


"
Mən sənə kömək edərəm, gedək VAK-a, sən müdafiəni vaxtında edəcəksən"...


Mənim
ağlıma da gəlmirdi ki, səndən kömək istəyim. Müdafiə üçün sənədlərim daşa dirənəndə sən bizdə idin. Kafedra müzakirəsi günü məni maşın dizimdən vurmuşdu. Sən idmançı kimi məsləhət görürdün , parçanı düzlü suda isladım, əzilən dizimə kip sarğı qoyum. Sonra mənə dəyməyə gəldin gördün ki, baş verənlərin müqabilində dizim toya getməlidir. Mənim sənədlərimi AAK-a  vaxtında verməmək üçün əsassız olaraq ləngidirdilər. Əsəblərimdə əsəblik qalmamışdı. Əlimə siz keçmişdiniz. Yer üzündə ən çox ərk etdiyim iki insan. Biz Rövşənlə bu səhnəni tez-tez xatırlayırıq. Uzaqdan baxan olsa idi, elə fikirləşərdi ki, uşaqlığımızı yadımıza salmışıq. Mənə elə gəlirdi ki, sözlərim sizə təsir etmir siz - mənim güvəndiyim insanlar - ədalətsizliklə barışırsınız. Onda sizi "yerinizdən tərpətmək" üçün divanın üstündəki ipək döşəkçələrisizə atmağa başladım. Siz döşəkçəyə döşəkçə ilə cavab verdiniz... Biz "döşəkçə oyunu"nu bitirib gərginlikdən əməlli-başlı yorulanda sən mənə bir kəlmə dedin: "Sənədlərini al, sonrasına mən kömək edərəm". Mən müdafiə edəndə zalda bircə sən yox idin. Yəqin, yenə tədbirdə idin. Amma o günü gerçək edənlərdən biri, bəlkə , birincisi sən idin, Valyuş...


Sənlik
olsa, hamıya kömək edərsən. Çünki sənin üçün hamı "chudniy"dır. Mən bu sözü Azərbaycan dilinə tərcümə edə bilmirəm. Tərcüməsi olsa idi, özün deyərdin . "Filankəs elə gözəl, eləchudniyinsandır"...

Cəbrayıl müəllim xəstələnəndə, görəsən, bir kimsə sənin kimi həyəcan keçirirdimi? Sağaldıqca, sənin kimi sevinən vardımı? Görəsən, sənin kimi yoldaşlarının xətrini istəyən, onlara uşaq kimi baxan birisi varmı? görəsən, kimsənin ağlına gələrdimi, bu boylu-buxunlu, cüssəli prezident mühafizəçilərindən danışanda sən kiminsə halına yanıb ona"yazıq uşaq" deyə bilərsən? Bəlkə, elə buna görə sən Kamil müəllimin o "Qızlar otağı"nın  əvəzedilməz sahibəsisən?Görəsən, sənin kimi təmənnasız sevə bilən varmı,Valyuş? "Mənim prezidentim... Mənim generalım"...


İndi
bütün dünyaya istərəm

bəhs edəm sədaqətimdən...

İndi bütün dünyaya istərəm

bəhs edəm məhəbbətimdən....


Bunu
mən sənin üçün oxumaq istəyirəm. Amma səsim çıxmır.Sənlik deyil, məhəbbətdən oxumaq, sədaqətdən oxumaq. Sən bunu yalnız sübut edə bilərsən.


Yaxşı
budur "Mehribanım" oxu. Dəstəyin o başından xoşbəxt saatlarında oxuduğun kimi:


Mehribanım
, mehribanım,

Səni gəzdim, səni andım

El içində, mehribanım...


Kimin
üçün oxuyurdun, Valyuş?


Bu
mahnı sənə çox yaraşır. Sənin kimi mehriban insan tapmaq çox çətindir. İstənilən evə, istənilən məclisə sən elə gələ bilərdin ki, elə bu evdə doğulmusan. Sən həmişə doğmasan, özümüzküsən...


-
Kimdir?


-
Kim ola bilər? Mən?


Gözümü
açıb yummağa macal tapmamışdım ki, sən qarşımda bitdin.


-
Ay qız, dayan. Küçə qapısının kodunu necə açdın?


-
Açıq idi.


-
Bəs Ruqiyyə səni tanımır axı, niyə qapını açdı?


-
Soruşdu:"Kimdir?". Dedim: "


Kim
ola bilər ki? Mən! Qapını "...


Ruqiyyəni
hipnoz etmişdin. Lap Karlson kimi... Balaca pəncərənin taxçasına qonmuş Karlsona necə baxırdısa, qız da sənə elə baxırdı. Mənsə fərqli görürdüm səni... Karlson kimi yox. Gözəl bir xanım kimi. Sən bilmədin, Valyuş, səni liftə yola salanda mən sənə baxıb ürəyimdə fikirləşdim ki, şükür Allaha, Valka, yaxşı görünür, gözləri parıldayır, qara xəz kürkü ona yaraşır. Min şükür... Bəlkə , səni tanıyanı bu 17 ildə birinci dəfə idi ki, ürəyim səndən rahat idi.


Sənə
demədim bunu...

Stolun üstündə mənə gətirdiyin hədiyyə dururdu.


"
Sənə limon qabı gətirmişəm. "Bax gör necə gözəldir. Doğrudan, qəşəngdir? Belə baxırsan, heç nədir. Amma qəşəngdir".


Valyuş
, onda deyə bilmədim. Bu qapaqlı limon qabları, doğrudan da, tapıntıdır. Hətta mənim bir tanışım onun üzərinə milli ornamentlər çəkib suvenir kimi satır. Sən zövqündə intuisiyanda yanılmamısan.

Hədiyyədən
danışmışkən, Valka, mənim ağlıma da gəlməzdi ki, sən mənə bu qədər hədiyyə vermisən. Evdə hara baxıramsa, nəyə əl atıramsa - mətbəx siyirməsindən mücrüyə kimi - içindən sənin verdiyin hədiyyələr
çıxır
. Hətta uşaqların sevdikləri sarı fincanı da sən vermisən...


Eşqimi
mən sənə hədiyyə göndərdim...

Mən sənə hədiyyə göndərdim...

Düz deyirsən, sən eşqini göndərmisən.


Eşqə
cavab hədiyyə ancaq eşq ola bilər... Mənsə yazı yazıram... Yaşadıqlarımın milyonda birini bölüşürəm. Bilirəm ki, sənin səsin gələcək.


Sirri
bilən ya bir olar, sirri bilən ya bir olar, ya iki...


Düz
deyirsən, Valyuş. Bu, toylardakı fotosessiya deyil ki, hər şeyi yeri gəldi-gəlmədi hamı ilə bölüşəsən. Mən böşülə biləni bölüşdüm. Artıq yazmaq istəmədim. İstədim ki, insanlar bilsinlər ki, mənim necə dostum var. İstədim ki, bilsinlər ki, o həmişə mənimlədir. Bilsinlər ki, o getməyib. Bilsinlər ki, mən onun yanına deyil, o, bizə qonaq  gəlir. Bilsinlər ki, onu yeri ürəyimdə yaşıldır. Bilsinlər ki, həyat gözəldir.


Sən
, mən, bir xatirələr,

Həmin küçə, həmin şəhər...

Bilirəm ki, hara getsəm,

Yenə məni gözləyirsən...

Bu küçənin döngəsində,

bu agacın kölgəsində

Yenə məni gözləyirsən...

Ad günün mübarək , Valyuş!


yaxşı ki, bu həyatda sən varsan! Bizim Validə, bizim Valyuş, bizim Valya...


Aynurikdən
bütün bütün dostlara salam.

 





21.10.2014    çap et  çap et