525.Az

Aleksandr - Hekayə


 

Aleksandr - <b style="color:red">Hekayə</b>

Mənim bir dostum var - Aleksandr. Xanımı başqa bir kişini sevir. Aleksandra gizlin-gizlin məktublar yazır. vaxt, necə  yazır, bilmirəm. Ancaq Aleksandr gün gələcək bu məktubları oxuyacaq. O vaxt Aleksandr saqqal da saxlayacaq, sarımtıl tüklərinin üstünə tüklər yayılacaq. oxuyacaq: " Mən aşiq bir qadınam, Aleksandr". Aleksandrı dəli- divanə sevən, ara- sıra ondan inciyib- küsən Aleksandrdan çox- çox cavan olan bu gözəl, sarışın qadın nədənsə başqa bir kişini sevir. heç bunun demək olduğunu mən anlamıram". Sənin gözlərində nisgilli küləklər əsir, mənim Aleksandrım". Bunları da oxuyacaq. Ancaq Aleksandr, elə bil, həmişə - lap uşaqlıqdan hüzünlü, parça- parça bir ürək gəzdirib köksündə. Amma köməyə ehtiyacı olan, sahibsiz bir adamla qarşılaşdımı, elə o saat həmin nigaran gözlər parıldayır. Ürəyinin bir küncünə yığılıb gizlənmiş xoşbəxtlik, elə bil,çiçək açır. Allahdan da qarşısına bu cür adamlar tez- tez çıxır.

Mən Aleksandrla tanış olanda yeni evlənmişdi. Hələ qızları yoxuydu. Kafenin ən sakit yerini seçmişdi. Ətrafı səssiz, seyrək idi. Yox. Bu yeni abzasdakılar mənim istədiklərimdir. Olsun ki, o sakit təbiətli adamdır, ancaq biz onunla heç vaxt görüşməmişik. Belə bir şey yoxdur. Heç rejissorun da belə bir fikri olmayıb, çox güman. Nəysə. Əslində mən Aleksandrla bağlı bütün cümlələrə öz görmək istədiklərimi, yaxud gördüklərimi qatmışam. Mənim xəyallarım reallığı heç vaxt incitməz, ya da başqasının xəyallarını. Axı Aleksandr mənim dostumdur.

Mən hüznlü adamları sevirəm. Bunu kiminsə  gözlərindən oxumaq lazımdır. Yox, mən pıspısaları sevmirəm. Gərək ki, üzündə yorğun, təmiz, xalis kövrək təbəssüm olsun.  həmişə tək ağlasın. Tək. Mənim, həqiqətən, acıyla hüznlə ağlayan qürurlu insanlardan xoşum gəlir. Daha doğrusu, həmin vəziyyətdən, situasiyadan. Pıspısalar isə mısmırıqlarını sallamaqdan savayı heç bacarmırlar. Yəni, bu işdə.. bu, onlarda ancaq bacarıqdır. Gözlərindən, sifətlərindən, dodaqlarından yalançı əzab- əziyyət, təklik- tənhalıq yağan bu qaraçıları( bəli, mən onları qaraçı adlandırıram) bir azcıq incitmək, üzlərinə, ürəklərinə qəşəng bir söz ilişdirmək, ya da heç buna ehtiyac yoxdur, yanlışlıqla, tamam haqlı ola biləcəyiniz bir vəziyyətdə mədəniyyətsizlik etmək olar, onlara qarşı xudmani bir kobudluq. Əvəzində bilirsiz olacaq? Səsləri durduğunuz yeri başdan- başa bürüyəcək. Həyasızlıqları o qədər şiddətli olacaq ki, həmin o qəmli, qüssəli burundan, ağızdan kiçik bir nişanə qalmayacaq. Hələ bir az çəkingən utanacaqsınızsa, tez uzaqlaşıb qaçacaqsınız oradan... Nəysə. Mənim hüznlü adamlardan xoşum gəlir. Onların bütün teatr həngamələrindən uzaq, təbii baxışları, davranışları gözləri. Bunlar kifayətdir. Mən açığı kövrələn adam deyiləm, bir az da qalınam. Səbəbi odur ki, heç kəsə inanmıram. Amma hüznlü adam gördümmü, dayana bilmirəm. Gözlərimin kənarları nəmlənir. Yaşdır, yəqin, bu. Ancaq ağlamaram heç vaxt.

- Almaz, səni çox sevirəm.

Uşaqlıqdan bəri ilk dəfə bu vaxt ağlamışdım. Sarı hörüklərinə necə məftun olmuşdum, Allah bilir. " Sev məni", - dedim. Bu hüznlü qadın məni sevdi. Həmişə nələrsə fikirləşirdi. Bax Aleksandr kimi, elə bil, gözlərinin arxasında, baxışlarının üzdüyü dəryada nəsə sirli, anlaşılmaz bir dünya varıydı. Mən buna görə sevmişdim onu. Ancaq tanış olduğumuz gün lap qəribəydi. Onda hüznlü görünməmişdi mənə. Daha doğrusu, mən qoxularla sevirdim. Bu haqda eşitmisiz bəlkə? İnsan qoxularla sevir. Yəni, başlayanda belə olur. Bilmirəm bu qədər əhəmiyyətlidir, ancaq başlanğıcdakı parçalar sonradan bütünün, tamın varlığında qalır. Nəysə, bu qalsın belə. Onun sinəsinin qoxusu hələ burnumdan getməyib həmişə alma yeyəndə nədənsə bunu xatırlayıram. Heç alma da qoxmurdu... Nəysə, danışacam bunu, hələ ki dayanın. Deməli, mən bu sözləri deyəndə onun otuz üç yaşı varıydı. Amma elə cavan qalmışdı ki. Üzü dolu, ətliydi, ancaq kök- filan deyildi. Sadəcə, qəşəng idi. Əri çoxdan ölmüşdü. Dediyinə görə müharibədə. Uşaqlarını isə uşaq evinə qoymuşdu. İki qızı varıydı. Böyüyü elə özü kimi sarışın, susqun, bal kimi şirin idi. Gözləri axıb gedirdi, lap uzaqlara. Anası kimi. Bu balaca yaşında xəyallar qururdu ki axı o? Neçə yaşı olardı, heç bunu da xatırlamıram. On, ya da on bir. Mən sarsaq adam deyiləm. Ancaq Almaz qanımda, damarlarımda gəzirdi. Neyləməliydim?.. Uşaqlarını isə oynaşları ucbatından uşaq evinə aparmışdı.  Əxlaqsız qadın idi. Mən neçənci sevgilisiydim, bilmirəm. Həmin illərdə işə yeni girmişdim. Müəllimlikdən pul qazanacam? Ancaq şagirdlərimi çox sevirdim. Məktəbin lap qızğın vaxtında, uşaqlara, dərsə, şagirdlərimə işimə yeni həvəslənmişkən Almazla tanış oldum. bu tanışlıq normal eşq macərası deyildi. Bir az, ya da tamamilə fərqliydi. Axı əxlaqsız qadınla eşq macərası? Ancaq o əsl seviləcək qadın idi. Hamıdan, hamıdan fərqliydi.. . heç . Həyat danışmaq üçün bundan artıq imkan vermir. Görünməyən şikayət olunan bir məfhum üçün faydasız ittihamlar...

Metroda binanın yeddinci mərtəbəsindən özümü atırdım... Vaqonun içindəyəm hansısa stansiyaya gedirəm. Səs- küy yavaş- yavaş artır həmin qulaqboğucu səsin lap gur məqamında xəyallar çulğayır məni. Lap rahatlayıram. Gözlərim yumulu ayaq üstə dayanmışam, kürəklərimi , belimi vaqonun qapılarına söykənmişəm. binanın yeddinci mərtəbəsində eyvanda dayandığımı görürəm. Bu çox təbiidir, çünki bayaq metroya girərkən, yəni vaqonun içinə addımımı atanda durduğum yerlə - həmin mərmər platforma ilə vaqon arasındakı boşluq o qədər böyük göründü ki, əvvəlcə ayağımı atmaqdan da çəkindim. Elə bil, qaranlıq çuxuruydu aşağı, relslər nəhəng, parıltılı bədheybətə oxşayırdı. Yanımdakı kök, ağır kişinin ora düşəcəyindən əmin idim. Ancaq necə oldusa, hər şey dağılıb getdi. Ya da əvvəlki vəziyyətinə qayıtdı. Məndə belə hallar tez- tez olur. Xəstəlikdir, deyəsən. Bilmirəm. Vaqonun içindəyəm indi binadan tullanıram. Gecə vaxtıdır. Yeddinci mərtəbə olduğunu düşünürəm, ancaq deyəsən lap aşağı mərtəbələrdəyəm, çünki aşağıda yoldan keçən adamları rahat görürəm. Küçə elektrik fənərlərinin işığında qırmızı- narıncı dayazlığa bürünüb. Yoldan başının ucu, keçəli işıldayan yekəpər kişi onun qoluna girib az qalsın sinəsinə yapışmış, saçı sapsarı rənglənmiş, həmçinin yoldaşına heç yaraşmayan qadın keçir. Bu iki nəfər diqqətimi çəkmir. elə bil, küçə lap boşdu. Bütün həyat mənə rəngsiz soyuq görünür. Gözlərimi yumuram. Bir azdan atlanacam. Lap daş qaldırmanın üzərinə çıxıram. əvvəlcə xəyallarımı qururam. İlk öncə anam gələcəkdi meyitimin üstünə. Saçları bir- birinə necə qarışmışdı anamın! Lap tufana düşüb kökündən qopmuş ağaca bənzəyirdi. Dırnaqları ilə üzünü cırmaqlamışdı. Gözünün yaşı üzünün qanına qarışmışdı. İniltisi küçənin ortasından binanın ucuna, sonuncu mərtəbəsinə qədər eşidilirdi. Sonra anamın yanında, meyitimin bir tərəfində atamı gördüm. Yerində donub qalmışdı. Bədəni donmuşdu, sadəcə. Mənə baxırdı. Elə qəribə ağlayırdı ki. Yaş yanaqlarına yayılmışdı, amma elə çox deyildi. Ağlaya bilmirdi atam, çox çətin ağlayırdı. Hıçqırtısı, elə bil, sinəsinə ilişib qalmışdı... Sonra qardaşlarımı düşündüm. yaxın qohumlarımı, nəhayət dostlarımı. Bütün bunları düşünə- düşünə qərar verdim, çox ani cəld oldu. Beynimdə, elə bil, qığılcım parladı. Elə bil, binanın qabağına, küçənin ortasına ildırım düşdü. Eynən belə oldu. Ancaq qorxulu olmadı, daha doğrusu, mən qorxmadım. Üstəlik bir güc, qüvvə gəldi mənə cəsarətləndim. Birdən, qəfildən, lap anicə irəli yeridim külək azacıq alnımı oxşadı. Bütün hay- küyün, iniltinin, gülüş bağırtı səslərinin içində gözlərim yaşlı tullandım...

Bir qadının üstünə tullanmışdım. Vaqonunca içində üstünə yıxılıb qalmışdım. Başım sinəsinə yapışmışdı. Boğazıyla döşlərinin arasından çox qəribə, fərqli gözəl bir ətir qoxusu gəlirdi. Döşləri balacaydı, on üç yaşlı oğlan uşağının yumruqları qədər olardı. Ancaq dik, baxımlıydı. Sinəsindən gələn qoxu isə öz ətriydi, bədəninin ətri. Bu qoxu əvvəlcə burnuma, beynimə yayıldı, sonra dodaqlarımı, üzümü, gözlərimi xəyallarımı bürüdü. Gözlərimi açmasaydım, yəqin özümü çəmənliyin içində, meyvə ağaclarının, güllərin, bilim cənnətin ortasında hiss edərdim. Ancaq bu çiçəkləri heç vaxt qoxlamamışam. Bu cür ətir iyi heç vaxt burnuma dəyməyib. Qoxunu yaşıl alma rəngində təsəvvür edirdim, ancaq özü necə bir şeydir, nəyə bənzəyir, tapa bilmirəm. Bu qoxunu köksümün ortasınacan, ciyərlərimə dolana qədər çəkdim. Qanıma, ruhuma axdı, elə bil. Bununla da qadın mənim oldu, ya da mən onun əlinə keçdim, bilmirəm. Gözlərimi açdım. Qadının səsi gəlirdi. Allahdan pis sözlər demirdi, yəni söyüş- filan. Ancaq əsəbləşmişdi. Birtəhər, vaqon gedə- gedə, nazik, dəmir borulara yapışa- yapışa qalxdıq. O, məndən tez qalxdı, elə cəld idi ki". Dəlisən- nəsən, eşşəkbaş! Görməmiş heyvərə!" Beləcə danışdı, mənsə üzr istədim. Camaat bizə baxırdı, ancaq ciddi bir şey olmadı. Deyib- gülən oldu, qaş çatan, şikayət edən, mızıldanan da. Axırda arxamızca baxa- baxa qaldılar vaqonun içində (bircə bizimlə çıxanlar xaric). Həmin qadın sakitləşdi. Metro stansiyaya gəlib çatdı. Qadın vaqondan çıxdı. Mən həmin əfsunlu, sehirli qoxunun arxasınca. Onda da saçları hörüklü idi. Onda da cavan qıza oxşayırdı. Hətta mən ona iyirmi beş yaş vermişdim. Almaz onda da hələ çox cavanıydı.

O, metrodan çıxar- çıxmaz yaxınlıqdakı bir binaya çatdı. Sonra liftə girdi. Mən onun arxasınca gedirdim onunla liftə girməli oldum. Tək idik. O, içəri girəndə çönüb mənə baxdı gülümsədi. Bura qədər onu izlədiyimdən xəbəri varıydı. İndi özünün nəyə qadir olduğunu göstərmək üçün dodaqlarını oynadırdı. Əynində qara şalvarı, bir zərli koftası varıydı. Hava yaxşı da olsa,  qışıydı, hər halda, nazik geyinmişdi. Çantasını qolundan çıxarıb dizlərinin önündə tutdu. Bu demək idi axı? O, çox şıltaq görünürdü. Məni hərəkətə gətirmək üçün əlindən gələni edirdi. Mən danışana qədər ona iki dəfə baxmışdım. Sonra o saatına baxdı başı mənə tərəf çöndü, gülümsədi dedi:

- Metroda neyləmək istəyirdin? B

irdən- birə adamın üstünə elə atılmazlar...

Mən güldüm, ancaq ona yalan demək istəmirdim. Çünki bu qadına vurulduğumu hiss edirdim. İndi nəyi necə izah etməliyəm, bilmirdim. Hər halda, başqa bir şey danışmalıydım, ancaq izahat verdim.

- Metro çox sıxıcıdır. Bu gün yaman gərginəm... Mən metrodan elə çox istifadə eləmirəm. Siz çox gözəlsiz, bilirsiz? Mənim gözlərim yumuluydu, amma yəqin siz çəkdiz məni üstünüzə.

O, heç demədi. Gülüşü çəkildi üzündən. Başını çevirdi. Lift dayandı. Bir kəlmə danışmadıq. Sonra o, çıxdı mən arxasınca... Çoxlu qapılar varıydı. Birindən içəri girəcəkdi, yəqin. Ancaq bir az gedib dayandı. arxaya çevrilib üzündə heç duyulmayan, soyuq, ancaq yenə nəsə gözləyən bir ifadəylə dilləndi:

- Neyləmək istəyirsən?

Mənim ağzım yaxşıca açıldı. Heç demədim.  Gözlərimi üzünə zilləyib durdum. Ancaq elə mənim istədiyim bu idi. Ortadakı qapı onunkuydu. Bir az irəlilədi, qapını açıb içəri keçdi qapı elə açıq da qaldı...

Biz bir həftə həmin binada qaldıq. Deyəsən, heç çölə çıxmırdıq. Mən dərslərimi, işimi unutmuşdum. Almaza ara- sıra danışmasaydım, heç şagirdlərim yadıma düşmürdü. Biz bir həftə həmin üç otaqlı evdə yalnız ikimizin olduğu bir dünyada yaşadıq. Bir qadın bir kişinin arzuyla yaşaya biləcəyi hər şeyi bu yeddi günün içində bütün vücudumuz qəlbimizlə dərk elədik. Ancaq deyəsən bu, onun üçün ilk deyildi dərk eləyən yalnız mən oldum. Mən Aleksandrın bütün intim səhnələrini, hərəkətlərini xatırlayırdım. Bu çox ani olurdu, heç bunu xatırladığımı da bilmirdim. Aleksandr film qəhrəmanıdır. Bu, yunan filmidir. Ancaq biz indi Bakıdaydıq bu, Yunanıstandan da yaxşıydı. Mən onun kimi dodaqlarımla qadının qulağını yalayır, döşlərinə, saçlarına xüsusi həssasiyyətlə toxunurdum... Aleksandrın bu cür səhnələri yadıma gəlmir, açığı. Ancaq o, mənim dostumdur çox sadə insandır. Həm həssas. Başqa cür davranmazdı, yəqin. O, xanımını öldürməliydi. Mən bu haqda danışmaq istəmirəm. Mən onun aktyor olduğuna da inanmıram. O, həyatdan da, gördüklərimdən inandırıcıdır. Qoy öldürsün, lap əzabla, zülümlə öldürsün. Amma axı bunlar yoxdur. Filmdə belə şeylər yoxdur. O, sadəcə, qadınını sevir. Xanımı ona xəyanət edir o, yenə qadınını sevir. Eynilə mən belə edirdim. Almazın kimlə görüşdüyündən xəbərim yoxuydu. Ancaq bilirdim ki, o, başqa biriylə görüşür, danışır mənlə elədiklərini onunla da hansısa lüks yataqda təkrarlayır. Müdirindən şübhələnirdim. Almaz redaksiyada işləyirdi, dizayn işləriylə məşğul idi. Mən Almaza başa salmaq istəyirdim ki, səni mənə bağlayan bədənin, fiziki quruluşun deyil. bu, həqiqətən, beləydi. Mən artıq hiss edirdim ki, onun bütün şıltaq hərəkətləri məni onun gözlə görünməz, daha əhəmiyyətli tərəflərinə bağlayıb(  Məsəlçün, yemək bişirəndə mənə meyvə doğrayıb gətirir, yanımda uzanıb saçlarımı qarışdırır, -  mənim saçlarım uzunuydu - onu gözləməyimə imkan vermirdi. Ələlxüsus, mənimlə oynamaq istəyirdi, lap uşaq kimi. O, çox cəld, oynaq istiqanlı idi. Birdən görürdün ki, lap çəkilib getdi, uzaqlaşdı həyatdan, onda bu istiqanlı pişiyin qədər gizlin, anlaşılmaz olduğunu hiss edə bilirdim). Ancaq o, məni başa düşmürdü. Ya da istəmirdi. Daha ciddi nələrisə düşünürdü. istədiyi heç bu yaxınlarda yoxuydu. Xəyallarını gözlərindən oxumağa çalışırdım. O, elə bil, heç kəsi sevə bilməyəcəkdi. Baxışı elə kövrək idi ki, toxunsan parçalanıb çilik- çilik olacaqdı. Bu təbəssümü qoruyub isitməyə çalışırdım ürəyimdə. Ancaq onun əməlləri heç vaxt gerçəkləşməyən sədaqəti( bu, mənə belə görünürdü, bəlkə ) gözünün, könlünün, bədənin, ehtirasının doymayacağından xəbər verirdi. Ona görə, çətin ki, kimisə sevərdi. Ona oynaş lazım idi. Mənsə bacarmırdım, onu dəyişmək istəyirdim. Ancaq bunu heç vaxt eləmədim. bəlkə edə bilməzdim.  Çünki mənə çəkici görünən onun özüm üçün yad, anlaşılmaz hesab etdiyim tərəfləriydi. Bu maneəni dəf eləsəm, əlbəttə, onu elə o andaca tərk edəcəkdim.

Mənə xoş bir xatirə olaraq qalması üçün onu ilk məhəbbət olaraq lazımsız bir həyat dəftərçəsinə yazdım ondan uzaqlaşdım. Bir yeniyetmənin təzəcə kəşf elədiyi bir qadına - füsunkar, ofsunlu bir kinoulduza aşiq olmasından fərqli bir şey yaşamamışdım. Çünki Almaza da rəsmən fahişə demək, olduqca çətin idi. İyirmi iki yaşımda ilk dəfə aşiq olmuşdum platonik bir anlaşmazlıq olmadığından bu məsələni rahatca həll etdim. Əlbəttə, onunla yaxın münasibətim bu işdə xeyli rol oynadı. ondan sonra bütün sarı hörüklər( əslində, bu saçlar heç sarı deyildi, açıq- qara deyə biləcəyimiz sadəlövh, tez- tez görə biləcəyimiz saç rəngidir, ancaq yığlmış, bir- birinə sıx kip şəkildə sarınmış bu saçlar açıq- sarımtıl bir xoşbəxtliklə xəyali mənliyimə meydan oxuyurdu)  mənə anlamsız gəldi. Diksindiyimi deyə bilmərəm, ancaq bununla bağlı, sanki, bir müdafiə işi təhvil vermişdim bu bütünlükdə mənimçün həll olmuşdu.  Qaranlıq bir şey qalmamışdı. Solğun, tozlu- torpaqlı saçlarla sarı hörüklər arasında heç bir fərq ola bilməzdi. Halbuki, əvvəllər belə deyildi.

İndi neçə yaşım olduğunu dəqiq bilmirəm. Yəni, iyirmi yeddi, otuz, hətta qırx beş deyə bilərəm. Ancaq bir az qocalmışam. Həmin hadisə, həmin qadın məhəbbət qədər cavan görünür, o qədər yaşlandığımı hiss edirəm... Aleksandr hələ mənim dostumdur. Ancaq o heç yaşlanmır, həmişəyaşıl ağaclar kimi gözlərini əbədiyyətə zilləyib( ya da belə olduğunu zənn edir). çox tərs adamdır. Film haqqında isə ağlıma real ola biləcək heç gəlmir. Ancaq bu yalan deyil. Yenə , onu deməliyəm ki, məncə, belə bir film yoxdur. bu ad, yəni Aleksandr yunan adına bənzəyir. Bunu ilk dəfədir düşünürəm, açığı.

 





21.10.2014    çap et  çap et